2022-10-18 02:36:44
Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “Efiopiya Federativ Demokratik Respublikasının Tiqray bölgəsində gərginliyin yenidən artmasından narahatıq. Biz ölkədə zorakılığa son qoymağa və dərhal atəşkəsə çağırırıq. Biz Afrika İttifaqının bu məqsədlə tərəflər arasında birbaşa danışıqlar aparmaq təşəbbüsünə əhəmiyyət veririk. Türkiyə Efiopiyada sülh, əmin-amanlıq və sabitliyin bərqərar olması səylərini dəstəkləməyə davam edəcək.
Tərcümə“24 SAAT”