2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏİqtisadiyyat

Ekspertdən Ziyafət Əsgərova məsləhət:”Dövlət adamı olmaq ciddilik tələb edir, ölkəni multfilmə çevirməyin…”

Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərovun “İqtisadi təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktiki konfransda səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. O bildiirb ki, Azərbaycan ötən ili yüksək göstəricilərlə başa vurub: “Dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi”.

24.saat.org bildirir ki, millət  vəkilinin açıqlamasına öz facebook səhifəsində  iqtisadçı-ekspert  Natiq Cəfərli də münasibət bildirib:

“Günün 2 iqtisadi xəbəri: 1) Ziyafət Əsgərov: Bilirsiniz ki, dünyada iqtisadi-ticari böhran hələ də davam edir. Azərbaycan bu böhrandan demək olar ki yan keçdi, 2016-cı ili çox yüksək göstəricilərlə başa vurduq, 2) Bank rəhbərləri Mərkəzi Banka toplaşdı – Manat “tam üzən məzənnəyə” keçir.

Saytların yığılması Saytlarin yigilmasi

Hörmətli Ziyafət müəllim, sırf rəsmi rəqəmlərə baxaq, 2016-cı ildə: 1) Ölkədə ÜDM 3,9% azaldı, bu MDB-də ən pis, dünyada isə pis nəticələrdən biridir, 2) Qeyri-neft ÜDM-i 5,4% azalıb, 3) Rəsmi inflyasiya 12%-i keçib, 4) İnsanların real gəlirləri azalıb, 5) Xarici ticarət dövriyyəsi azalıb, 6) Qeyri-neft ixracı 28% azalıb, 7) İş yerlərinin qapanması sürətlənib – bir daha, bunlar rəsmi rəqəmlərdir, bəs biz necə bu böhrandan yan keçdik, hansı məntiqlə və rəqəmlərlə bu təsdiqi tapıb?!

Mərkəzi Bank artıq 15-ci dəfədir elan edir ki, “manat tam üzən məzənnəyə keçir”, bu qədər də qeyri-ciddilik olmaz axı! Mərkəzi Bank çox vacib, önəmli dövlət institutur, bu qurumun qeyri-ciddiliyi bütün iqtisadiyyata ağır zərbə vurur.

Cənablar, dövlət adamı olmaq ciddilik tələb edir, ölkəni multfilmə çevirməyin…”

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button