2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Ekspertlər: “Mi-17-nin qəzaya uğramasının səbəblərindən biri mühərriklərdən birinin sıradan çxması ola bilər”

Bakı/01.12.21 Noyabrın 30-da Xızı rayonunda Mi-17 vertolyotunun qəzaya uğramasının mümkün səbəblərindən biri mühərriklərdən birinin sıradan çıxması ola bilərdi. Bu fikri hava vasitələrinin istismarı barədə məlumatlı olan ekspert Turan-ın müxbiri ilə söhbətində söyləyib.

Mühərrikin nasazlığı vertolyotun enişi zamanı ciddi problemlər yaradır. İndiki halda vəziyyət vertolyotun demək olar ki, maksimum dərəcədə şəxsi heyətlə dolması ilə çətinləşib. Həddindən artıq yüklənmə idarəetməni çətinləşdirib və buna güclü külək də təsir edib. Bu amillər birlikdə fəlakətə səbəb ola bilərdi.

Uçuşdan öncə mühərrikdə mümkün problemləri aşkar etmək mümkündürmü? Bu suala cavab verən ekspert bildirib ki, nasazlıqlar qəflətən və uçuş zamanı yarana bilərdi.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, uçuşdan öncə hava vasitəsi texniki yoxlamadan keçir və pilot özü də vertolyota baxış keçirir və qəbul edir. Bütün bunlar xüsusi jurnalda qeydə alınır.

Küləkli havada uçmaq nə qədər düzgündür? Bu sualın cavabında ekspert deyib ki, külək sürəti saniyədə 25 metrdən çox olduqda havaya qalxmaq tövsiyə edilmir, baxmayaraq ki, bəzi vertolyotlar saniyədə 30 metr külək belə uça və enə bilir.

Vertolyotun uçduğu Səngəçalda küləyin gücü bir, enmə ərazisində isə başqa ola bilərdi. Poliqon Beşbarmaq dağının yaxınlığında yerləşir, burada qasırğalara səbəb olan qəfil küləklər tez-tez olur. Sosial şəbəkədə yayılan videolara görə, vertolyot burulğan kimi düşüb və artıq yerdə alovlanıb.

Ekspert vertolyotun bortunda 19 nəfərin olmasını normal hesab edir. Bu tip vertolyot borta 26 nəfər götürə bilər.

Vertolyot təlim uçuşlarının yerinə yetirildiyi yerə uçub və bortunda  təkcə hərbi heyət yox, həm də köməkçi qrup – həkim və digər mütəxəssislər olub. Enişdən sonra hərbi təlim uçuşları üçün havaya qalxmaq nəzərdə tutulurdu.

Tam olaraq qəzanın səbəbini uçuş qeyd cihazı məlumatlarını oxuduqdan sonra müəyyən etmək mümkün olacaq. — 06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button