Bizim tərcüməDünya

Ekvadorda 6,7 ​​bal gücündə zəlzələ! Efirdə tutuldu

ABŞ Geoloji Xidməti yerli vaxtla saat 12:12-də Ekvadorun Balao şəhərindən 6 kilometr şimal-şərqdə 6,7 bal gücündə zəlzələnin baş verdiyini bildirib.

Səlahiyyətlilər, ilk təsbitlərə görə zəlzələdə 4 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu açıqlayıb.

Sosial mediada Cuenca, Machala və Guayaquil şəhərlərində bəzi binaların dağıdıldığı bildirilib. Zəlzələ 65,7 kilometr dərinlikdə baş verib.

BNO News-un məlumatına görə, Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzindən verilən yazılı açıqlamada zəlzələdən sonra sunami təhlükəsinin olmadığı qeyd edilib.

Zəlzələnin qonşu ölkə Peruda da hiss olunduğu bildirilib. (AA)

Digər tərəfdən Ekvadorda yayımlanan bir televiziya proqramında zəlzələdə yaxalananların yaşadıqları çaxnaşma an an kameralara əks olundu. Sarsıntı şiddətləndiyi üçün qonaqların studiyadan qaçdığı görüntülənib.

ekran görüntüsü_6

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button