2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Elçibəy hakimiyyətinin yaratdığı nadir nümunə – Əli Kərimli yazır

Bu gün 1992-ci ildə Əbülfəz Elçibəyin prezident seçilməsi ilə nəticələnən Azərbaycanda ilk demokratik seçkilərin keçirildiyi gündür. Bu gün münasibətilə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində maraqlı yazı ilə çıxış edib. Yazını təqdim edirik:

Təkcə Azərbaycan tarixi üçün deyil, dünya tarixi üçün də nadir hadisələrdən biri baş vermişdi. İqtidar partiyasının 10 min nəfərdən artıq üzvü vəzifələrə, kabinetlərə deyil, könüllü olaraq savaşa getmişdi. Minlərlə cəbhəçi şəhid və ya qazi olmuşdu…

Əbülfəz Elçibəyin 1 illik idarəetməsinə iradlarınız ola bilər. Buna təbii baxıram. Özüm də zamanında – hakimiyyətdə təmsil oluna-oluna iradlarımı bildirmişəm. Ancaq o faktı kimsə təkzib edə bilməz ki, 23 ay yaşamış Xalq Cümhuriyyətindən sonra məhz Elçibəy hakimiyyəti, böyük Rəsulzadə demişkən, “bu xalqa azadlıq dadızdırdı”. Xalqımız rüşvət almayan prezident və digər yüksək vəzifəli şəxslər, bacardığı qədər xalq üçün çalışan, hakimiyyətini itirmək bahasına olsa da, Rusiya qoşunlarını ölkədən çıxardan, torpaqların işğaldan azad edilməsini özünə ən vacib vəzifə bilən bir hökumət gördü.

Saytların yığılması Saytlarin yigilmasi

Əbülfəz Elçibəy və hökuməti üçün vətəndaşın hüquqları və rifahı ən vacib vəzifə idi. Ona görə də Ermənistanla qızğın savaş aparılmasına, dövlət xəzinəsinin isə bomboş olmasına baxmayaraq, ölkənin milli pulunu dövriyyə daxil edib, onu sabit saxlamaq, müəllimlərin əmək haqlarını 3 dəfə artırmaq, büdcə təşkilatlarında çalışanların 3 ay ödənilməyən maaşlarını ödəmək, test üsulu da daxil olmaqla, ciddi təhsil islahatları aparmaq, iqtisadi islahatlar paketi çərçivəsində 35 qanunun Milli Məclisdə qəbuluna nail olmaq, məhkəmələrin müstəqilliyinə, müstəqil həmkarlar təşkilatlarının yaradılmasına şərait yaratmaq, çoxpartiyalı sistemin əsasını qoyan, olduqca demokratik siyasi partiyalar haqqında qanunu qəbul etmək hökumətin qısa zamanda gördüyü işlərdən idi.

Elçibəy hakimiyyəti ölkənin bütün resurslarını Azərbaycan ordusunun möhkəmləndirilməsinə səfərbər edirdi. Cəbhəçilər kabinetlərə yox, könüllü olaraq savaşa axışırdı. İşğal olunmuş torpaqlarımızın 40 faizi qısa zamanda azad edilmişdi. Sonradan Marqaret Tetçerin də xatırladığı kimi, Əbülfəz Elçibəy xarici şirkətlərlə neft müqavilələri hazırlanan zaman xalqımızın hər bir senti uğrunda mübarizə aparırdı. Müharibə şəraitində olsaq da, ölkənin azsaylı xalqları və etnik qruplarının hüquqlarının təmin edilməsi haqda fərman vermək və onun sürətlə icraasına nail olmaq da Elçibəyin prioritetləri sırasında idi.

Bu gün Azərbaycanda ilk və təəssüf ki, son demokratik seçkilərin keçirildiyi gündür. 26 il bundan öncə – 7 iyun 1992-ci ildə Əbülfəz Elçibəy demokratik yolla prezident seçilmişdi. Onun hakimiyyəti bir il sonra devrildi. Ondan sonrakı 25 ildə isə biz artıq demokratik seçki görmədik. Hakimiyyət hər seçkidə zəbt olundu. Son 26 ilin ən böyük ibrəti də budur ki, yalnız xalqın seçdiyi hökumətlər xalqa xidməti özünə başlıca vəzifə bilər. Xalq hakimiyyəti qurmalıyıq!

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button