2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Eldəniz Quliyev: “Onlar utanıb yerə girməlidirlər…”

Məlum olduğu kimi, yaxın günlərdə məcburi köçkünlərin kommunal xərclərdən azad edilməsi ilə bağlı statuslarının ləğv ediləcəyi və buna görə onlara 20 manat məbləğində olan çörək pulu müavinətinə əlavə şəklində 16 manat məbləğində pul veriləcəyi bildirilir.

Maraqlıdır, onsuz da ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin üzərinə ağır kommunal yükün əlavə edilməsini insanların gülləsiz-mərmisiz məhvinə hesablanan mənəvi terror kimi qiymətləndirmək mümkündürmü?

Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev məcburi köçkünlərlə bağlı məlum yeniliyi ədalətsizlik kimi dəyərləndirdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu,hakimiyyətin öz vətəndaşları qarşısında siyasi məsuliyyətsizliyinin bariz nümunəsidir. El-obasından didərgin, qaçqın düşmüş və onsuz da kifayət qədər zərbələr almış vətən niskiliylə yaşayan bu insanlara belə haqsızlıq və biganəlik nümayişi yolverilməzdi. Anoloqsuz inkişafdan dəm vuranlar bu hərəkətlərinə görə utanıb yerə girməlidilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button