Loading...
Loading...
Siyasət

Eldar Həsənovun məhkəməsi sentyabrın 3-nə keçirlib

Bakı/27.08.21  Azərbaycanın keçmiş səfiri və keçmiş baş prokuror Eldar Həsənovun işi üzrə bu gün təyin edilmiş hazırlıq iclası sentyabrın 3-nə keçirlib, bu barədə Turan-a onun vəkili Cavad Cavadov bildirib.

Buna hakimin prosessual normalara əməl edilməsilə bağlı gözlənilməz narahatlığı səbəb olub. Belə ki, hakim Əfqan Hacıyev birdən başa düşüb ki, Həsənova iclasın keçirilməsi barədə məlumat verilməsinin vaxtı yeddi gündən az olub ki, bu da pozuntudur. Amma Həsənov özü də bu problemi görməyib və toplantıya gəlib, baxmayaraq ki, çətinliklə hərəkət edib.

* Eldar Həsənov 2010-cu ildən 2020-ci ilə qədər Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir işlədiyi dövrdə mənimsəmə ilə bağlı ittiham olunur. Söhbət təmir işləri aparılarkən və səfirliklər üçün otaqların alınması zamanı ümumilikdə 180 min avrodan çox vəsaitin mənimsənilməsindən gedir.-06B-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button