Xəbərlər

Elektrik və qaz qiymətləri artırılıb

Loading...

Bakı/16.10.21 Oktyabrın 16-da Tarif Şurasının  qərarıilə elektrik enerjisinin və qazın qiymətlərində dəyişiklik edildi.

Qurumdan bildirilib ki, Tarif Şurasının iclasında dünya bazarında təbii qazın bahalaşması, Azərbaycanın enerji dayanıqlığı məqsədilə bu sahəyə investisiya qoyuluşunın təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələlər müzakirə edilib.

Qeyd olunub ki, aparılan müzakirələrdə müxtəlif tarif artımı variantları dəyərləndirilmişdir.

Buna əsas kimi Azərbaycanda iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas strateji hədəf kimi müəyyən edilməsi, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, bu sahədə mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillər nəzərə alınıb. «Təhlillər göstəririr ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur».

Qərara əsasən, noyabrın 1-dən əhaliyə 1200 m3-dək (1200 m3 daxil olmaqla) satılan təbii qazın1m3  qiyməti 12 qəpik  olacaq (əvvəlki qiymət 10 qəpik  idi). 1200 m3-dən artıq istifadə olunan qazın qiyməti isə dəyişməyib:  illik istehlak həcmi üçün 1201 kubmetrdən 2500 kubmetrə qədər (2500 kubmetr də daxil olmaqla) 20 qəpik, 2500 kubmetrdən yuxarı 25 qəpik müəyyən edilmişdir.

Eyni zamanda sənaye və kənd təsərrüfatı üçün satılan qazın qiyməti də artıb. Belə ki, hər 1000 m3 görə qiymət 200 manatdan 220 manata qalxdı. “Azəristiliktəchizat” ASC, məhəllə qazanxanaları və CNG tipli qazdoldurma məntəqələrinə, həmçinin «Azərenerji»-yə satılan qazın qiyməti isə 1000 m3 görə 130 manatdan 165 manata qalxdı.

Tarif Şurasının digər qərarına əsasən isə elektrik enerjisinin qiymətləri da artırılıb.
 
Qurumun məlumatında deyilir ki, əhali istehlak qrupu üzrə sonuncu tarif dəyişikliyi 2021-ci ilin iyul ayında aparılmış və tarif tənzimlənməsi zamanı istehlak limitinin aşağı həddi üzrə (1200 m3) tariflərə dəyişiklik olunmamışdır. «2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, qlobal iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanması elektrik enerjisinə tələbatı da kəskin artırmışdır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan və elektrik enerjisindən istifadə edən sahələr üçün tariflər dəyişmiş, istehlakçı kateqoriyaları üçün kommunal xərclər artmışdır».

Qeyd olunub ki, ölkədə əsas enerji istehsalçısı olan “Azərenerji” ASC elektrik enerjisinin 96%-ni təbii qaz hesabına istehsal edir. «Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndiirir. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətində dəyişikliklər nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün elektrik enerjisinin tarif tənzimlənməsi zərurəti yaranmışdır».

Noyabrın 1-dən yeni tariflər tədbiq ediləcək. İstifadə olunmuş 200 kVts-dək (200 kVts daxil olmaqla) elektrik enerjisinin tarifi 8 qəpik, 200 kVts-dan – 300 kVts-dək (300 kVts daxil olmaqla) – 9 qəpik, 300 kVts-dan çox isə 13 qəpik müəyyən olunub. Bundan əvvəl isə elektrik enerjisinin 300 kVts-dək istifadə edəndə əhali 7 qəpik, 300kVts-dan çox istifadə olunmuş elektrik enerjisinə görə 11 qəpik ödəyirdi.

Ticarət və xidmət sahələri üçün tarif 9 qəpikdən 11 qəpiyə, digər sahələr üçün isə 9 qəpikdən 10 qəpiyə qədər qalxdı.—0—

 

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button