2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Emin Əmrullayev: Azərbaycan elminə ayrılan maliyyə azdır

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan elminə ayrılan vəsaitin az olduğunu bildirib.

Toplum TV APA-ya istinadən xəbər verir ki, nazir bu barədə fevralın 29-da AMEA-nın Ümumi yığıncağındakı çıxışı zamanı deyib.

“Bu o qədər uzun müddət belə olub ki, birdən-birə maliyyə artırılsa, nəticə əldə edilməyəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, Azərbaycan elminin inkişafı üçün əməkdaşlıq mütləqdir. Fərdi elm olmur, elm birlik fonunda olur, – deyə o qeyd edib.

Nazir eyni zamanda bildirib ki, ali təhsil müəssisəsində nə qədər çox tələbə varsa, o qədər çox maliyyə var. Bu da rəqabətə yol açır.

“Elm və Təhsil Nazirliyi olaraq, 2024-cü il üçün tabeliyimizdə ali təhsil müəssisələrinə reytinqlərinin yaxşılaşması üçün 8 milyon manatın ayrılması təmin edilib. 2026-cı ilə Azərbaycanın 3 ali təhsil müəssisəsi 800 ən yaxşı ali təhsil müəssisəsi sırasına düşməlidir. Biz bunu planlaşdırırıq”, – nazir vurğulayıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button