Sosial

Erməni haker qrupları Azərbaycan saytlarına hücuma hazırlaşırlar

Erməni haker qrupları Azərbaycan və Türkiyənin informasiya resurslarına qarşı genişmiqyaslı hücuma hazırlaşırlar.

Bu barədə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.

Bununla əlaqədar, CERT Azərbaycanda informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi barədə xəbərdarlıq edir.

Mərkəzdən deyiblər ki, hücumlar məqsədyönlü olacaq və qondarma “erməni soyqırımı”na həsr olunacaq.

CERT-in monitorinqinə əsasən, hücumlar 23-24 aprel tarixinə təsadüf edəcək.

Trend.az

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib
Back to top button