Loading...
Loading...
Siyasət

Ermənistan silahlı qüvvələri Tovuz, Kəlbəcər və Gədəbəy rayonları istiqamətində Azərbaycanın mövqelərini atəşə tutub

Bakı/14.08.21 Ermənistan silahlı qüvvələri Tovuz, Kəlbəcər və Gədəbəy rayonları istiqamətində Azərbaycanın mövqelərini atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Həmçinin dünən saat 16:25-dən 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri vaxtaşırı olaraq Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım, Gədəbəyin rayonunun Qalakənd qəsəbələri istiqamətində Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır, deyə məlumatda qeyd olunur. —06D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Ukraynaya Avropa İttifaqına üzv qəbul edilmədi, amma namizəd oldu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button