2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistanın mina təxribatı BMT-də gündəmə gətirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev BMT-nin Nyu-Yorkdakı qərargah binasında qurumun Əlillərin Hüquqları üzrə Komitəsinin (CRPD) Əlillərin Hüquqları Konvensiyasına İştirakçı Dövlətlərin 16-cı konfransında (COSP16) çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un ABŞ bürosu xəbər verir ki, S.Qocayev çıxışında əlilliyi olan şəxslərin cəmiyyət həyatının bütün sahələrində iştirakının təmin etməsi üçün Azərbaycan hökumətinin bu sahədə qəbul etdiyi qanunlar və reallaşdırdığı layihələr barədə üzv dövlətlərin təmsilçilərini məlumatlandırıb.

Şöbə müdiri bildirib ki, Azərbaycan Respublikası 2008-ci ildə BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsinin (CRPD) müvafiq protokolunu imzalayan ilk ölkələr sırasında olub:

“Azərbaycan BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsinə bu sahədə öhdəliklərin yerinə yetirilməsi üçün görülən tədbirlər haqqında üç hesabat təqdim edib. Belə ki, ölkəmizdə 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” CRPD-yə uyğun olaraq hazırlanmış yeni qanun qəbul edilib. Qanuna əsasən, hökumət əlillərlə bağlı hüquqların geniş spektrini əhatə edən və əlilliyi olan şəxslərin sosial müdafiəyə cəlb olunmasını təşviq edən 17 yeni qanunvericilik aktını təsdiqləyib. Milli qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə təhqiredici və ya mənfi məna daşıyan bütün təkliflər neytral söz və ifadələrlə əvəz edilib”.

S.Qocayev çıxışı zamanı Azərbaycanda anadangəlmə əlilliyi olan şəxslərin internet saytından səmərəli istifadəsinə bərabər şərait və imkanların yaradılması məqsədilə qanunvericilikdə edilən dəyişikliklər barədə konfrans iştirakçılarını məlumatlandırıb. Bu sahədə Azərbaycanda əldə olunan uğurlu nəticələrdən danışan S.Qocayev bildirib ki, sosial sahədə genişmiqyaslı proqram nəticəsində ölkədə 140-dan çox sosial xidmət elektron formada təqdim edilməyə başlanıb:

“Dəyişikliklərə əsasən, dövlət qurumlarının internet saytlarının əlçatanlığını artırmaq üçün veb məzmununa əlçatanlıq təlimatlarının əsas prinsiplərinə əməl edilib. Bununla yanaşı, internet saytlarının əlçatanlığını təmin etmək üçün hər il dövlət monitorinqi aparılır. Bu məqsədlə xüsusi işçi qrupu yaradılıb və bu işçi qrupuna əlilliyi olan şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər daxil edilib”.

S. Qocayev Azərbaycanda əlilliyi olan şəxslər haqqında vahid elektron məlumat bazasının yaradıldığını və bu sistemin hər il ölkə üzrə əlillik məlumatlarının uçotunun aparılmasını təmin edən əlil olan şəxslərin elektron reyestrinin qeydiyyatı barəsində də qonaqları ətraflı məlumatlandırıb.

Dövlət rəsmisi Ermənistanın nümayəndəsinin yalan və təxribat xarakterli ittihamlarına da cavab verib: “Laçın- Xankəndi yolunun qondarma blokadaya alınması ilə bağlı səslənən bəyanatlar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yoldan sərbəst hərəkətinə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəsinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilən sübutlar da təsdiqləyir”.

S. Qocayev münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina haqqında dəqiq və dolğun məlumatları bölüşməkdən imtina etdiyini və bu minaların mülki əhalini öldürməkdə və şikəst etməkdə davam etdiyini deyib:

“Son 30 ildə 3300-ə yaxın insan mina qurbanı olub. 2020-ci ilin noyabrından bəri münaqişədən sonrakı dövrdə mina terroru nəticəsində 300-dən çox Azərbaycanın mülkü vətəndaşı və hərbçisi həyatını itirib və ya əlil olub”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button