2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ermənistanla sərhəddə atəşkəs pozulub, əsgər yaralanıb

Azərbaycan-Ermənistan sərhədinin Zəngilan rayonu istiqamətində atəşkəs pozulub. 

Toplum TV xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Bildirilir ki,  hadisə fevralın 12-si saat 13:37 radələrində baş verib, Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçu yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, atəş Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılıb.

“Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Bu, Ermənistanın növbəti təxribatıdır və buna görə məsuliyyət tam şəkildə rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd olunub. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button