Gündəm
Ermənistanda “İrs” partiyasının sədr müavini tutuldu
Bu gün səhər Ermənistanda müxalif “İrs” partiyasının sədr müavini Armen Martirosyan həbs edilib.
24saat.org-un Ermənistan KİV-nə istinadən xəbərinə görə, bu barədə ölkə polisinin mətbuat xidməti bəyanat yayıb.
A.Martirosyan haqqında ilk öncə “kütləvi iğtişaşları təşkil etmə” maddəsi ilə cinayət işi açılıb və o dindirilməsi üçün polisə aparılıb. Daha sonra isə onun haqqında həbs qəti imkan tədbiri seçilib.
Hazırda müxalifət nümayəndəsi müvəqqəti saxlanma təcridxanasında saxlanılır.
“Azadlıq” radiosunun erməni xidmətinin jurnalistləri də bu gün xəsarət alıblar. Bildiriblər ki, dəyənəklə silahlanmış mülki geyimli şəxslər onları döyülüblər.