Dünya
Ermənistanda rusiyalı hərbçi bıçaqlanıb
Ermənistandakı Rusiya hərbi bazasının hərbçisi bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu respublika polisinin mətbuat xidməti bildirib.
Məlumata görə, cümə axşamı günü səhər Gümrü şəhərinin tibb mərkəzinə Rusiya vətəndaşı, “Rusiya bazasının 1992-ci il təvəllüdlü hərbçisi” gətirilib.
“Hərbçi Gümrüdə Şirakatsi və Marmaraşen küçələrinin kəsişməsində naməlum şəxslərlə dava zamanı yaralanıb. Hadisənin bütün iştirakçılarının müəyyən edilməsi üçün təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir”, – polidə qeyd ediblər.