Loading...
Loading...
Xəbərlər

Fəallar Saleh Rüstəmovu müdafiə aksiyası keçirmək niyyətindədirlər

Bakı/30.12.21 Bakı Şəhər İcra Hakimiyyətinə dekabrın 1-də Bakının mərkəzində siyasi məhbus Saleh Rüstəmovun azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilməsi niyyəti haqqında bildiriş göndərilib. Müraciət gənc fəallar İlkin Rüstəmzadə və Mete Türksoy adından göndərilib.

Saleh Rüstəmov 25 gündür aclıq edir. Onun həyatı təhlükədədir. Biz Saleh Rüstəmovun azad edilməsi tələbi ilə dinc mitinq keçirmək hüququmuzdan istifadə etmək qərarına gəldik. İcra hakimiyyətinə mitinq iştirakçılarının təhlükəsizliyini təmin etmək xahişi ilə müraciət göndərdik”, deyə Rüstəmzadə Turan agentliyinə bildirib.

Aksiyanın dekabrın 1-də saat 15:00-da Fəvvarələr Meydanında “Qarabağ veteranına azadlıq!” şüarı altında keçirilməsi planlaşdırılır, deyə o qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb. -06Â-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button