2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Fəridə Məmmədova vəfat edib

Bakı/08.12.21 Azərbaycanın məşhur tarixçi alimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Fəridə Məmmədova uzun sürən xəstəlikdən sonra 85 yaşında vəfat edib.

Bu gün o, Salyan şəhərində dəfn olunub. 

Fəridə Məmmədova 1936-cı ildə indiki Şirvan şəhərində anadan olub. 1955-60-cı illərdə Bakı Dövlət Univeritetinin tarix fakultəsində təhsil alıb. 

Saytların yığılması Saytlarin yigilmasi

1960-cı ildən AMEA Tarix İnstutunda elmi fəaliyyətə başlayıb.
1962-69-cu illərdə Sankt-Peterburqda SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda araşdırmalarla məşğul olub. 1971-cu ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Fəridə Məmmədova 6 monoqrafiya və 120 məqalənin müəllifidir.

“Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” adlı monoqrafiyasında Fəridə Məmmədova qədim mənbələr əsasında antik və erkən orta əsrlər dövründə Azərbaycanın ictimai-siyasi həyatındakı hadisələri, ideologiya, mədəniyyət məsələlərini işıqlandırıb.

O, müstəqil alban kilsəsinin, alban tarix-ədəbiyyat ənənəsinin formalaşmasını, albanların – Azərbaycan xalqının əcdadlarından birinin etnik ənənələrini itirməsinin səbəblərini araşdırıb. 

1986-cı ildə yazılmış bu əsərdə Məmmədova Azərbaycanın alban irsinin erməniləşdirilməsini faktiki olaraq ilk dəfə elmi əsaslarla ifşa edib.

2004-cü ildə Məmmədova “Şöhrət” ordeni ilə təltif olunub. 05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button