2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Facebook daha bir qalmaqal içində – Qərb mediası

Facebook-un sensasiyalı məlumatlar sızdıran keçmiş əməkdaşı kimliyini açıqlayıb. 37 yaşlı Frensiz Haugen Facebook-da mülki bütövlük komandasının produkt meneceri kimi çalışıb. O, bazar günü, oktyabrın 30də CBS televiziyasına müsahibə verib.

Haugen deyib ki, sızdırdığı sənədlər Facebook-un “artımı təhlükəsizlikdən önə çəkdiyini” göstərib.

Tanınmışlara fərqli münasibət

Saytların yığılması Saytlarin yigilmasi

Sosial şəbəkə isə məlumatları yanıldıcı adlandırıb, özünün müsbət xarakterli araşdırmasını qabardıb.

Haugen bu ilin əvvəlində şirkətin əlindən qəzəbləndiyi üçün işdən çıxdığını söyləyib. O getməzdən öncə bəzi daxili sənədlərin üzünü çıxarıb.

Keçmiş əməkdaş sənədləri “Wall Street Journal” ilə paylaşıb, qəzet isə son üç həftədə onları ard-arda dərc edir.

BBC yazır ki, yayılan sənədlər tanınmış şəxslərin, selebritilərin, siyasətçilərin Facebook tərəfindən fərqli münasibət gördüyünü ortaya qoyub.

Uşaqlara “toksik” təsir

Digər bir sənəd Facebook-un bir qrup səhmdarı tərəfindən məhkəməyə verildiyini göstərir. Qrupun iddialarından birində deyilir ki, Facebook-un Kembric Analitika ilə data qalmaqalının həllindən ötrü ABŞ-ın Federal Ticarət Komissiyasına ödədiyi 5 milyard dollar çox yüksək məbləğ olub və məqsəd şirkət rəhbəri Mark Zukerberqi şəxsi məsuliyyətdən qorumaq idi.

Instagram haqda iddialar ABŞ siyasətçiləri üçün özəlliklə narahatedicidir. Instagram-ın sahibi olan Facebook-un daxili araşdırması şəbəkələrin yeniyetmələrin zehni sağlığına təsir göstərdiyini üzə çıxarıb. “Wall Street Journal” yazır ki, rəyi soruşulan yeniyetmə qızların 32 faizi deyib ki, öz bədənləri ilə bağlı pis düşünəndə Instagram onların özlərini daha da pis hiss etməsinə səbəb olub.

Xanım Haugen oktyabrın 5-də Senatın alt komitəsində “İnternetdə uşaqları qoruyaq” adlı dinləmədə ifadə verəcək. O, məhz şirkətin Instagram-ın gənc istifadəçilərin zehni sağlamlığına təsiri haqda araşdırmasından danışacaq.

Yanaşma dəyişib

“The Washington Post” yazır ki, dörd ilədək davam edən qalmaqaldan sonra Facebook siyasi qütbləşmə, sosial medianın toksik təsirləri ilə bağlı daha bir polemika ilə üzləşib.

Qəzet qeyd edir ki, şirkətin icraçı baş direktoru Mark Zukerberqin formal üzrxahlıq etdiyi, daha sonra məsuliyyəti üzərinə götürərək dəyişiklik vəd etdiyi vaxtlar geridə qalıb.

“Onlar məsuliyyəti götürərək üzrxahlıq yanaşmasından daha aqressiv, müdafiəedici, sızdırılan iddiaları rədd eləyən mövqeyə keçiblər”, – şirkətin keçmiş vitse-prezidenti Brayan Boland deyib. O, ötən il şirkətin məhsullarının qütbləşməni dərinləşdirməsi ilə bağlı narahatlıqdan dolayı istefa verib.

“İşimiz yanlış xarakterizə olunanda üzr istəmirik; işimizi müdafiə edəcəyik”, – Facebook-un sözçüsü Taker Baundz bildirib.

Qəzet daha öncəki qalmaqalların Facebook-un işinə ciddi təsir göstərmədiyini yazır. Sosial şəbəkənin dünya üzrə 3.5 milyard istifadəçisi var ki, bu da internet istifadəçilərinin yarıdan çoxu deməkdir. Oktyabrın 4-də şirkətin səhmləri 5 faizədək ucuzlaşıb. Amma Facebook 21-ci əsrin uğur hekayələrindən biri olaraq qalır. Hazırda Facebook 920 milyard dollarlıq bazar kapitalizasiya ilə dünyanın ən qiymətli şirkətləri sırasındadır.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button