Loading...
Loading...
Texnologiya

“Facebook” Rusiya dövlət mediasına REKLAM VƏ PUL QAZANMAĞI QADAĞAN ETDİ

FacebookRusiya dövlət mediasına sosial şəbəkələrdə reklam yerləşdirməyi və pul qazanmağı qadağan edib. 

Lent.az-ın məlumatına görə, bu barədə “Facebook”un təhlükəsizlik siyasətinin rəhbəri Nataniel Qleyxer “Twitter” hesabında bildirib.

“Biz Rusiya dövlət mediasını da etiketləməyə davam edirik. Bu dəyişikliklər artıq həyata keçirilməyə başlanılıb və davam edəcək” , deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl “Roskomnadzor” fevralın 25-dən Rusiyada “Facebook”a girişin məhdudlaşdırıldığını bildirib. Fevralın 24-də “Facebook” Rusiyanın dörd media orqanının rəsmi hesablarını məhdudlaşdırıb. Bunlar “Zvezda” telekanalı, RİA Novosti, lenta.ru və gazeta.ru xəbər saytlarıdır. 

24 saat” “
“Facebook” Rusiya dövlət mediasına REKLAM VƏ PUL QAZANMAĞI QADAĞAN ETDİ
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ay səthində yarı şəffaf şüşə kürələr aşkar edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button