2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

FAO: “Ərzağın qiyməti rekord həddə çatıb”

Mart ayında dünyanın ərzaq bazarındakı qiymətlər ən azı 1990-cı ildən bu yana rekord həddə çatıb. Bu, Ukraynadakı müharibənin fəsadlarıdır.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasında bildirilir.

“Mart ayında FAO ərzaq indeksinin orta qiyməti 159,3 bənd olub ki, bu da həmin indeksin hesablanmağa başladığı 1990-cı ildən bu yana ən yüksək səviyyəyə çatdığı fevral ayındakına nisbətən 12,6 faiz çoxdur”, – açıqlamada deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd olunur ki, dünyada buğda idxalının 30 faizə qədəri, qarğıdalı idxalının isə 20 faizi Rusiya və Ukraynanın payına düşür. Həmçinin bitki yağlarının ən böyük ixracatçısı olan Ukraynada gedən müharibə nəticəsində həmin məhsulun qiymətləri 23,2 faizədək – rekord həddə bahalaşıb. (Report)

24 saat” “FAO: “Ərzağın qiyməti rekord həddə çatıb”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button