Faşizim üzərində Qələbədən 76 ilkeçir
Bu gün, mayın 9-u keçmiş SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı ) və müttəfiq dövlətlərin faşizim üzərində qələbəsinin 76 illiyi qeyd edilir. Əksər Avropa ölkələrindən fərqli olraq keçmiş SSRİ məkanında bu qələbə mayın 8-i yox 9-da xatırlanır.
Hitler Almaniyasının hərbi rəhbərliyi 76 il öncə təslim olmaq haqqında saziş imzalayıb.
1939-cu ildə faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikaları İttifaqına hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.
Müharibə nəticəsində 60 milyona yaxın insanın həlak olduğu bildirilir.
1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısının döyüşlərdə həlak olduğu açıqlanıb.
Müharibə illərində 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 170 mindən çox əsgər, zabit müxtəlif orden və medallarla təltif edilib
Azərbaycan tarixçilərinin bildirdiklərinə görə, həmin illərdə Bakı cəbhəyə 75 milyon ton neft göndərib, benzin və sürtgü yağlarına olan tələbatın 75-90 faizini ödəyib.
Mayın 9-u Azərbaycanda da Qələbə Günü kimi qeyd olunur və rəsmi iş günü deyil.
“24 saat” “Faşizim üzərində Qələbədən 76 ilkeçir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.