2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Fazil Mustafa: “Müəyyən dövr ötəndən sonra hadisələrə daha düzgün qiymət vermək mümkün olur”

“Müstəqillik tariximizin nostalji baxışa ehtiyacı var”

Azərbaycan xalqı öz müstəqilliyinin növbəti ildönümünü qeyd etdi. Maraqlıdır, ötən 25 il ərzində dövlətimizin müstəqillik tarixi yetərincə öyrənilibmi? Müstəqillik tariximizin daha geniş və əhatəli tədqiqinə ehtiyac varmı?

24saat.org-a açıqlama verən millət vəkili Fazil Mustafa müstəqillik tarixinin daha obyektiv dəyərləndirilməsi üçün bir qədər zamana ehtiyac olduğunu vurğulayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Düşünürəm ki, tarixdə qısa dövrlərə qiymət vermək çətin olur. Müəyyən dövr ötəndən sonra hadisələrə daha düzgün qiymət vermək mümkün olur. Müstıqilliyimizin tarixinə də bu cür yanaşmaq lazımdır. Müstəqilliklə bağlı ortaq bir fikrin olması gözlənilən deyil. Hərə bu tarixə bir cür yanaşır. Iqtidarın bir cür, müxalifətin isə başqa cür yanaşması var. Cəmiyyətdə isə bu tarixə yanaşma fərqlidir. Kimin daha çox haqlı olduğu məsələsində mübahisələr davam edir. Ona görə də bu məsələləri bir az zamana buraxmaq lazımdır. Yəqin ki, illər ötəndən, bir çox həqiqətlər üzə çıxandan sonra əsl həqiqətlər, kimin haqlı, kimin haqsız olduğu da ortaya çıxacaq. Müstəqilliyimizin tarixinin təhlili ilə bağlı atılan addımlar nə qədər normal olsa da, yekun nəticənin ortaya qoyulması üçün tezdir. Müstəqillik tariximizin müxtəlif aspektlərdən araşdırılmasına səy göstərmək lazımdır. Ümid edirəm ki, bu, olacaq.
Insanların bir çoxu tarixə nostalji kimi baxır. Bir qədər uzaqlaşandan sonra daha çox xatırlamağa ehtiyac duyurlar. Bu baxımdan zənnimcə, müstəqillik tariximizə nostalji baxış olacaq və yenidən təhlil prosesi başlayacaq”.

Seymur Əliyev
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button