2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fazil Mustafaya qarşı silahlı hücumla əlaqədar 5 nəfər məhkəmə qarşısına çıxarılır

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 12-nə təyin olunub

Milli Məclisin üzvü Fazil Musatafaya qarşı silahlı hücumla əlaqədar istintaq yekunlaşıb. Deputata qarşı sui-qəddə ittiham olunan 5 nəfərin işi məhkəməyə göndərilib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Deputatla bağlı cinayət işinin məhkəmə araşdırması Elnur Nuriyevin sədrliyilə, Kamran Muxtarov və Azər Tağıyevdən ibarət hakimlər kollegiyasına həvalə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 12-nə təyin olunub.

Məhkəmə qarşısına çıxarılan 5 nəfər bunlardır: Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov. Onlara Cinayət Məcəlləsinin 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) və başqa maddələrinə ittiham verilib.

Təqsirləndirilən şəxslərin ittiham olunduqları maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Fazil Mustafa da bu cinayət işində zərərçəkmiş qismində tanınıb.

Adları çəkilən 5 nəfərin onlara qarşı irəli sürülmüş ittihamlarla razılaşıb-razılaşmadığı məlum deyil.

Fazil Mustafaya qarşı silahlı hücum martın 28-də saat 21:51-də onun yaşadığı evin qarşısında – Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında baş verib. Ona “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı bildirilir. Hadisə nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağı və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button