CəmiyyətXəbərlər

FHN Balakən və Zaqatalada daşqınlarla bağlı yardım göndərib

Loading...

Bakı/23.09.21 Balakən və Zaqatala rayonlarında leysan yağışları Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında daşqına səbəb olub.

Bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb, xəbəri Azərbaycan FHN yayıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub. -06D-

 

Mənbə:Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button