2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏXəbərlər

Fikrət Hüseynli niyə həbs edilib?

Ukraynada saxlanılan azərbaycanlı jurnalist, Turan TV-nin əməkdaşı Fikrət Hüseynli barədə qərar verilib.

Borispol Məhkəməsinin qərarı ilə Fikrət Hüseynli 18 gün müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistin hüquqlarını Ukrayna Helsinki İnsan Haqları Birliyindən vəkil Dmitry Mazurok müdafiə edir. Vəkil qərarla razılaşmadıqları üçün apellyasiya şikayəti veriləcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

F.Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması barədə məlumatlar də apellyasiya məhkəməsi zamanı təqdim ediləcək.
24saat.org xəbər verir ki, Fikrət Hüseynli Ukraynanın sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumatda jurnalistin Azərbaycanın sorğusu əsasında saxlanıldığı bildirilir. Həmçinin qeyd edilir ki, Fikrət Hüseynli İnterpol xətti ilə axtarışda olub.
Fikrət Hüseynli isə ilk gündən peşə fəaliyyətinə görə siyasi sifariş əsasında saxlanıldığını bəyan edib. Jurnalist həmçinin qeyd edib ki, onu da həmkarı Əfqan Muxtarlı kimi oğurlayaraq Azərbaycana gətirmək istəyirlər.

Məlumat üçün deyək ki, Fikrət Hüseynli uzun müddət “Azadlıq” qəzetində çalışıb. Bu müddətdə bir dəfə bıçaqlanıb. Dəfələrlə təhdid olunub. 2008-ci ildə təzyiq və təqiblərdən qurtulmaq üçün Azərbaycanı tərk edib. Niderlandda siyasi mühacir statusu, daha sonra isə bu öləkinin vətəndaşlığını alıb.

Fikrət Hüseynli Niderlandda yaşasa da, Azərbaycandakı ictimai-siyasi vəziyyətə biganə qalmayıb. Korrupsiya və digər problemlər barədə dəfələrlə məqalələrlə çıxış edib. Bir müddət əvvəl isə müxalif mövqeyi ilə seçilən Turan TV ilə əməkdaşlığa başlayıb. Fikrət Hüseynlinin hədəfdə olması təzə xəbər deyil. Onu susdurmaq üçün hətta xaricdəki “mühacirlər”dən də istifadə olunub. Sonuncu dəfə jurnalistə qarşı kampaniyanı hazırda Fransada mühacir həyatı yaşayan ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin koordinasiya etdiyi iddia edilir. Fikrət Hüseynli də açıqlamalarında ona qarşı kampaniyanı təşkil edənlərdən birinin Elşad Abdullayev olduğunu vurğulayıb. Bundan sonra ona qarşı qara piar daha da şiddətlənib.

24saat.org-a daxil olan məlumatda iddia olunur ki, Fikrət Hüseynlinin həbsi Azərbaycan hakimiyyətinə həm fəal mühacirlərdə xof yaratmaq, həm də siyasi partiyaların “mühacir biznesi” ilə bağlı başlanmış qondarma cinayət işində çevrəni genişləndirmək məqsədi daşıyır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button