Xəbərlər

Flora Kərimova: “Yubiley keçirməyə haqqım yoxdur”

“Şəhid analarının gözü yaşlıdır”

“Bu il yubileyimdir, səksən yaşım tamam olur. Lakin düşünürəm ki, yubiley keçirməyə haqqım yoxdur”.

Xalq artisti Flora Kərimova Meydan TV-yə belə deyib.

“Şəhid analarının gözü yaşlıdır. Hansısa ana küncə qısılıb şəhid balasını ağlayır. Mən də burada yubiley, doğum günü qeyd edirəm. Belə hərəkət mənə aid deyil. Balalarını ağlayan şəhid anaları çoxdur”, – sənətçi qeyd edib.

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda doğulub.

Azərbaycanın estrada, muğam və opera müğənisidir.

Əllidən çox filmin musiqisini ifa edib. Həmçinin “Qanun naminə” (1968), “Toyda görüş” (1970), “Həyat bizi sınayır” (1972), “Yollar görüşəndə…” (1979), “Arşın mal alan” (2002), “Qayınana” (2018) filmlərinə çəkilib.

Flora Kərimova ictimai-siyasi fəaliyyəti ilə də seçilib.


24 saat” “Flora Kərimova: “Yubiley keçirməyə haqqım yoxdur”” başlıqlı yazını “Meydan TV”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button