2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Fransa 2 aydan artıq davam edəcək hərbi təlimlərə başlayır

Fransa son onilliyin ən böyük hərbi təliminə başlayır. Bu barədə media Fransanın müdafiə naziri Sebastien Lekornu-ya (Sébastien Lecornu) istinadlə məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, 20 minə yaxın əsgər və zabitin iştirak edəcəyi “Orion 23” adlanan təlim bütün mühitlərdə – dənizdə, quruda və havada tammiqyaslı müharibəni simulyasiya edəcək.

O da vurğulanır ki, bu təlimlərə kiberhücumlar və informasiya əməliyyatları kimi yeni hərbi aspektlər də cəlb olunacaq.

İki aydan çox davam edəcək təlimlərdə hərbi “Qriffon” zirehli texnikası, “Leclerc” tankları, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, həmçinin “Şarl de Qoll” aviadaşıyıcı gəmisinin də iştirak edəcəyi bildirilir.

Dörd fazada keçiriləcək “Orion 23” hərbi təlimləri Fransanın cənubunda və Korsika adasında, daha sonra ölkənin Atlantik sahillərinə doğru ərazilərdə davam etdiriləcək.

Fransa Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi Fransanın “əvvəlcə əməliyyat teatrına daxil olmaq və çoxmillətli koalisiyaya rəhbərlik etmək” qabiliyyətini nümayiş etdirməkdir.

Bundan əvvəl Fransa Ukraynanı AMX-10 zirehli texnikası və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz etməyə hazır olduğunu bəyan edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button