2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fransada “Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ” İctimai Birliyi yaradılıb

Fransada Ermənistandan deportasiya olunmuş azərbaycanlılar tərəfindən “Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ” İctimai Birliyi yaradılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, təşkilatın əsas məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irsin dağıdılmasının qarşısının alınması, beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi və qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına sülh yolu ilə qayıtmasına dəstək olmaqdan ibarətdir.

“Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux” adı ilə rəsmi qeydiyyata alınan təşkilatın həmtəsisçisi əslən İrəvandan olan Zaur Sadıqbəylidir.

İctimai birliyin yaradılması beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığın artırılması işinə töhfə verəcək.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button