2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Fransadan Azərbaycana cavab: 2 diplomat “persona-non-grata” elan olundu

Rəsmi Paris Azərbaycan səfirliyinin əməkdaşlarının adlarını açıqlamayıb

Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşının “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi bildirilir.

Bu barədə dekabrın 27-də Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi Paris Azərbaycanın Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan etməsi ilə bağlı qərarını nəzərə alıb. O, Azərbaycanın öz qərarını əsaslandırdığı ilə bağlı iddialarını qəti şəkildə rədd edir. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib”, – deyə nazirlik əlavə edib.

Fransa Xarici İşlər Nazirliyi. Mənbə: Petr Kovalenkov/shutterstock

Ancaq rəsmi Paris Azərbaycan səfirliyinin “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunan əməkdaşlarının adlarını açıqlamayıb.

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyət göstərdikləri bildirilib.

Eyni zamanda, onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button