2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

"Freedom House" Azərbaycanı yenə azad olmayan ölkələr sırasına daxil edib

Fevralın 29-da  “Freedom House” təşkilatı “Dünyada azadlıq 2024: Qüsurlu seçkilərin və silahlı münaqişələrin artan zərəri” adlı hesabatı açıqlayıb.

Toplum TV “Turan” agentliyinə istinadən xəbər verir ki, hesabatda 210 ölkə və ərazidə insanların siyasi hüquq və vətəndaş azadlıqlarına çıxışı qiymətləndirilib.

Hesabatda Azərbaycan qlobal azadlıq indeksində 100 mümkün baldan yalnız 7 bal toplayaraq qeyri-azad ölkələr sırasında yer alıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycana aid bölmədə deyilir ki, ölkədə korrupsiya tüğyan edir və formal siyasi müxalifət illərlə davam edən təqiblər nəticəsində zəiflədilib.

Bildirilir ki, hakimiyyət son illərdə vətəndaş azadlıqlarına qarşı geniş basqılar həyata keçirərək, müstəqil ifadə və ya fəallıq üçün çox az yer qoyub.

Sənədin “2023-cü ildə əsas inkişaflar” bölməsində noyabr ayında Azərbaycan hakimiyyətinin ölkədə qalan müstəqil mediaya qarşı intensiv repressiyaya başladığı qeyd olunub:

“Bir neçə jurnalist və media rəhbəri qaçaqmalçılıq, qeyri-qanuni tikinti və polisə müqavimət kimi ittihamlarla məhkəməyə qədər həbs edilib”.

“Freedom House” “Abzas Media” jurnalistlərinin, siyasətçi və iqtisadçı alim Qubad İbadoğlunun həbsini, həmçinin dindarların təqibini ölkədəki avtoritar idarəçiliyin fəsadları kimi göstərib.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button