2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Freedom House: Gürcüstan hakimiyyəti Saakaşvilinin səhhətinə cavabdehdir

Beynəlxalq insan hüquqları təşkilatı olan Freedom House Gürcüstan hakimiyyətini ölkənin üçüncü prezidenti Mixail Saakaşviliyə lazımi müalicə imkanını təmin etməyə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Təşkilat bu barədə özünün Tvitter səhifəsində məlumat paylaşıb.

“Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili barədə son xəbərlər və fotoşəkillər bizi narahat edir. Gürcüstan hökuməti Saakaşvilinin həbsdə olduğu müddətdə onun sağlamlığına və rifahına cavabdehdir. Biz onları təcili və tam tibbi yardımla təmin etməyə çağırırıq”-təşkilatın

Gürcüstan hakimiyyəti israr Saakaşvilinin kritik vəziyyəti ilə bağlı söhbətləri piar kampaniyasının bir hissəsi sayır.
Tbilisi Şəhər Məhkəməsi vəkillərin Saakaşvilinin səhhətinə görə möhlət və azadlığa buraxılması ilə bağlı vəsatətinə baxır – növbəti proses gələn həftəyə təyin edilib.

Vəkillər tez bir zamanda qərar qəbul etmək üçün prosesdə gündəlik dinləmələrə nail olmağa çalışır və işin beynəlxalq məhkəmələrə verilməsi üçün sənədlər hazırlayırlar.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Mixeil Saakaşvili oktyabrın 1-də qəflətən mühacirətdən Gürcüstana qayıtdıqdan bəri həbsxanadadır.

O bundan əvvəl vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Hazırkı məhkəmə prosesində ona qarşı 2007-ci ilin noyabrında antihökumət mitinqinin zorakılıqla dağıdılması və sərhədin qanunsuz keçilməsi ittihamları araşdırılır.

Saakaşvili özünə qarşı bütün ittihamları rədd edir və onları “qondarma” adlandırır.

Həkimləri və tərəfdarları bildirirlər ki, Saakaşvili həbsdə olduğu müddətdə iki dəfə aclıq aksiyası keçirdikdən sonra səhhəti son dərəcə pisləşib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button