Bizim tərcüməDünya

FTB ABŞ prezidenti Baydenin evində daha 6 məxfi sənəd tapıb

Baydenin şəxsi vəkili Bob Bauer verdiyi yazılı açıqlamada FTB agentlərinin Cümə günü Baydenin Willmingtondakı evində axtarış apardığını bildirib. Açıqlamada, təxminən 13 saat davam edən axtarış zamanı Baydenin Senatına və vitse-prezidentlik dövrlərinə aid 6 məxfi sənədin tapıldığı bildirilib.

Yeni sənədlər Ədliyyə Nazirliyi səlahiyyətliləri tərəfindən təfərrüatlı araşdırılmaq üçün götürülərkən, Baydenin evində axtarış aparmaq üçün könüllü olaraq icazə verdiyi vurğulanıb.

Açıqlamada, prezident Bayden və həyat yoldaşı Jill Baydenin axtarış zamanı həftə sonu tətili üçün evdə olmadığı da paylaşılıb.

Baydenin məsləhətçilərindən biri olan Riçard Sauber yanvarın 9-da deyib ki, Baydenin Penn Bayden Mərkəzindəki şəxsi ofisində 2 noyabr 2022-ci il tarixində vitse-prezident kimi fəaliyyət göstərdiyi müddətdə “məxfi məlumatları ehtiva edən bir neçə sənəd” var.

Sənədlərin “bağlı kabinetdə” tapıldığını deyən Sauber, sənədlər tapılan kimi Baydenin şəxsi vəkillərinin Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladıqlarını bildirib.

Bayden məxfi sənədlərin ofisindən çıxdığını eşidəndə “təəccübləndiyini” deyib və sənədlərin məzmunu barədə məlumatının olmadığını bildirib.

Ədliyyə Nazirliyi sözügedən sənədləri araşdırmaq üçün xüsusi səlahiyyətli prokuror təyin edib.

Baydendən əvvəl FTB agentləri 2022-ci il avqustun 8-də Trampın Palm-Biçdəki Mar-a-Laqo malikanəsində axtarış apararkən ölkədə məxfi sənədlərin aşkarlanması uzun müddət müzakirə olunurdu. O, Trampı tənqid edib.

Bir müddət Baydenin ofisində və evində gizli sənədlər üzə çıxdıqdan sonra respublikaçılar indi Baydeni tənqid edirlər. (AA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Bitcoin 2,3% bahalaşaraq 23 199 dollara çatıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button