Loading...
Loading...
Texnologiya

Gələcəyə yeni baxış – Samsung Neo QLED 8K televizorları

    Neo QLED, ən yüksək təsvir keyfiyyətini təqdim etmək üçün xüsusi “təmzimlənən” LED-lərdən istifadə edən, Samsung-un illər ərzində inkişaf etmiş texnologiyasıdır. Texnologiya müxtəlif işıq saçan və təsviri yüksək dəqiqliklə ötürən çoxlu sayda kvant nöqtələrindən istifadə edir. Sadə dillə desək, kvant nöqtələri müəyyən ölçülərdən asılı olaraq rənglər yayan kiçik toplardır. Rəng spektri birbaşa kvant nöqtəsinin ölçüsündən asılıdır və texnologiyanın bütün mahiyyəti buna əsaslanır. Müxtəlif nöqtələr sayəsində ekran daha çox parlaq olub, təsviri ən yüksək keyfiyyətdə göstərir. Samsung şirkəti Neo QLED-in özündə isə, adi nöqtələrin ölçüsünün 1/40-ı təşkil edən mini-LED-lərdən istifadə edir. Diodlar daha kiçik olduğundan, optik məsafə azalır və televizorun korpusu daha  incə olur.

    Texnologiya həmçinin süni intellektin köməyi ilə təsvirin təzadlığını və aydınlığını yaxşılaşdıran yeni miqyaslaşdırma qaydası olan Neo Quantum Processor-dan istifadə edir. Sözü gedən bu prosessor həqiqətən sürətlidir, burada neyronlar və alqoritmlər şəbəkəsi indi əvvəlki mexanizmlərdən 16 dəfə daha səmərəli işləyir. Neyroşəbəkə məlumatları, ekranda nələrin göstəriləcəyini müəyyən etmək üçün süni intellekt alqoritmlərindən istifadə etməklə televizorlarda təsviri təkmilləşdirməyə imkan verir. Bundan sonra, emal edilmiş məlumat televizorun arxa işığı ilə “birləşdirilir” formaların və səthlərin parlaqlığı və dəqiqliyi maksimum dərəcədə artırılır. Real Depth Enhancer-in dəstəyi ilə yekun nəticə ön və arxa plana ayrılaraq daha real təsvir dərinliyi və təzadlığını təmin edilir.

    Yüksək keyfiyyətli təsvirin mükəmməl ötürülməsi Samsung Neo QLED-in forma faktoru ilə gücləndirilir. İstənilən məkana uyğunlaşan minimalist dizayn, demək olar ki, yan çərçivəsiz təqdim olunur. Televizorun haşiyəsi artıq ekranda baş verən hadisələrdən diqqəti yayındırmır və görüntünün ab havasına dalmağa imkan yaradır. Təxminən 1 mm genişliyində olan bu çox incə çərçivələr, Neo QLED-ə həqiqətən zövq oxşaya bir görünüş bəxş edir.

    Parlaq, demək olar ki, çərçivəsiz, incə dizayna əlavə olaraq, istehsalçı burada həm də One Connect Box-dan istifadə edir. Bu, müxtəlif naqillərin yaratdığı dolaşıqlığı minimuma endirməyə imkan yaradan və girişlər / çıxışlar da daxil olmaqla, televizorun bütün qoşulmalarını bir yerdə toplayan xüsusi “qutudur”.

    Mükəmməl görüntü əlbəttə ki, mükəmməl səs ilə müşahidə olunmalıdır. Bu səbəbdən də Samsung, sözü gedən bu televizorları hadisələri ekranda izləyən ətraf səs texnologiyaları ilə təchiz etmişdir. Bu keyfiyyət nəinki səsi həcmləndirir, həm də tamaşaçının film və ya proqramın ab havasına dalmasına kömək edir. Bu, nitqin baş verənləri daha dolğun başa düşməyə kömək etdiyi hərəkət səhnələri və oyunlar üçün daha çox uyğundur.

Gözdən qaçırmayın:  Apple şirkəti RealityOS adlı yeni ticarət nişanını qeydiyyatdan keçirdib

    Yuxarıda  sadalanan funksiyalara əlavə olaraq, televizor bir çox başqaları ilə də təchiz edilmişdir:

– Q-Symphony – Eyni zamanda həm dinamiklərdən, həm də əlavə səs panelindən istifadə edərək səsi yayımlayır (yalnız uyğun olan Samsung səs panelləri ilə).

– Tap View – telefon ekranının televizorda əks etdirir. Multi View sizə ekranı əks edərkən məzmunun yayımını davam etdirməyə imkan verir.

– SpaceFit Sound – otaq həcmindən asılı olaraq rəqəmsal səsin korreksiyası funksiyası (otağınızın akustikasına əsaslanan səs optimallaşdırılması).

24 saat” “Gələcəyə yeni baxış – Samsung Neo QLED 8K televizorları” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button