2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

G7 sammitində koronavirus vahiməsi yaşandı

Böyük yeddilərin (G7) Londonda keçirilən sammitində mayın 5-də COVID-19 narahatlığı yaşanıb.

Hindistan nümayəndə heyətinin iki üzvündə virus aşkar edildikdən sonra bu ölkənin xarici işlər naziri deyib ki, o və bütün nümayəndə heyəti özünütəcridə gedir.

Saytların yığılması Saytlarin yigilmasi

Britaniyanın ev sahibliyi etdiyi üçgünlük sammit Böyük yeddilərin son iki ildə ilk üzbəüz görüşüdür.

Bu sammit həm də Qərbin Rusiya və Çin təhlükələri qarşısında yekdil və həmrəy olduğunu nümayiş etdimək məqsədi güdür.

Hindistan hazırda dünyada COVID-19 epidemiyasının ən ağır dövrünü yaşayır.

Ölkə G7 sammitinə qonaq qismində qatılıb və mayın 6-da keçiriləcək iclasda da iştirak etməli idi.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar mayın 5-də Twitter-də yazıb ki, o digər iştirakçıların təhlükəsizliyini nəzərərə alaraq sammitdə iştirakı virtual davam etdirmək qərarı qəbul edib.

Daha böyük sammitə hazırlıq

Böyük yeddilərin bu görüşü əslində iyun ayında İngiltərənin kurort şəhərlərindən birində keçiriləcək əsas sammitə hazırlıq səciyyəsi daşıyır.

G7-nin həmin sammitində ABŞ prezidenti Co Bayden və qrupa daxil ölkələrin digər dövlət başçıları iştirak edəcəklər.

Britaniya rəsmisi bildirib ki, ölkənin karantin qaydalarına görə koronaviryus testi müsbət çıxanlar on gün müddətində özlərini təcrid etməlidirlər.

Bu qayda Hindistan nümayəndə heyətinə də şamil edilir.

Jurnalistlərin G7 sammitində koronavirusun aşkar edilməsi ilə bağlı “iclasları dayandırmaq daha düzgün olmazdımı” sualına Britaniyanın baş naziri Boris Conson “məncə biz hökumət olaraq mümkün qədər işgüzar atmosferi qoruyub saxlamalıyıq” cavabını verib.

Baş nazir bildirib ki, o Hindistan nümayəndə heyəti ilə Zoom vasitəsilə əlaqə saxlayır.

COVID-19 protokolu

G7 sammitinin açılışında iştirtakçıları Britaniyanın xarici işlər naziri Dominik Raab salamlayıb.

O Hindistan nümayəndə heyəti ilə bağlı vəziyyətdən təəssüfünü ifadə edib, amma deyib ki, sərt COVID protokoluna və gündəlik test qaydasına məhz belə hallara görə əməl etmək lazımdır.

Əslində mayın 4-də Londonun Lankaster Geyt otelində keçirilən açılış mərasimində pandemiyanın “iştirakı” nəzərə çarpırdı. Xarici işlər nazirləri maska taxmışdılar və aralarında iki metrlik sosial məsafə saxlamışdılar.

Reuters agentliyi yazır ki, Cayşankar mayın 4-də Britaniyanın daxili işlər naziri Priti Patellə görüşsə də, xanım Patelin özünü təcrid etməsinə ehtiyac yoxdur.

Çünki bu görüşdə sözü gedən protokola və qaydalara tam əməl olunub.

Hindistan G7-nin üzvü olmasa da, sammitə Avstraliya, Cənubi Afrika Respublikası və Cənubi Koreya ilə birlikdə Londonun rəsmi dəvətilə qatılıb.

24 saat” “G7 sammitində koronavirus vahiməsi yaşandı” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button