Loading...
Loading...
Cəmiyyət

Gömrük Komitəsinin vəzifəli şəxsinin intiharı ilə bağlı yeni DETALLAR

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı ilə bağlı bəzi məlumatlar bəlli olub.

1986-cı il təvəllüdlü Əli Cahangirli Naxçıvanda anadan olub, 12 ildir gömrük sistemində çalışıb. İşlə bağlı hər hansı problemi olmayıb.

Hadisə baş verən gün, yəni dünən axşam işdən sonra dostları ilə görüşüb, birlikdə şam edib, yeyib-içiblər.

Məclisdə dostları ilə söhbət edən gömrükçü həvəsdən düşdüyünü, həyatdan bezdiyini deyib. Daha sonra həmişə istifadə etdiyi taksini çağırıb, evə gedib. Həmin gün Əlinin ailə üzvləri evdə olmayıb. Taksi sürücüsü onun vəziyyətini görüb və onunla qalıb. Səhərə kimi yemək süfrəsi arxasında söhbət ediblər.

O, sürücüyə özünü öldürmək istədiyini deyib. Sürücü isə onu bu fikrindən yayındırmağa çalışıb.

Səhər 8-də sürücü ondan ayrılaraq evinə gedib. Hadisə də bundan sonra baş verib. Əlinin depressiyaya düşməsi, həyatdan bezməsinə nəyin səbəb olduğu barədə heç bir məlumat yoxdur.

Dostları, iş yoldaşları onu yaxşı insan kimi xarakterizə edir. Həmişə deyib-gülən, şən biri olub.

Əli Cahangirlinin tarixçi alim və tədqiqatçı Nəcəfalı Cahangirlinin oğlu olduğu üzə çıxıb. Bu barədə məlumatı mərhumun qardaşı Araz Cahangirli təsdiq edib. O bildirib ki, hazırda ölümün səbəbi araşdırılır.

Mərhum ailəli olub, 2 azyaşlı övladı qalıb.

Qeyd edək ki, faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

24 saat” “Gömrük Komitəsinin vəzifəli şəxsinin intiharı ilə bağlı yeni DETALLAR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Daha bir qazimiz intihara cəhd etdi - Son anda xilas ediblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button