2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Gömrük ona həvalə olundu

Şahin Bağırov Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini təyin edilib. Həmçinin Komitəyə yeni sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlı iyulun 18-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər fərmanı ilə Dövlət Gömrük Komitəsi (DGK) haqqında Əsasnamədə dəyişiklik edilib. Fərmana əsasən, Gömrük Komitəsində birinci müavin postunun sayı birdən ikiyə qaldırılıb.

Ş.Bağırov müxtəlif vaxtlarda Dövlət Gömrük Komitəsində yüksək vəzifələr tutub, o cümlədən 2014-2018-ci illərdə Komitə sədrinin müavini olub.

İyulun 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tutduğu vəzifədən azad edilib.

Bundan az öncə Dövlət Təhlükəsizliyi Xidməti Gömrük Komitəsinin dörd vəzifəli şəxsinin saxlanılması haqqında məlumat yayıb. Onlar dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button