2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Google Play”də yüzlərlə pulsuz proqram virusa yoluxdu

“Google Play” əlavələr kataloqunda yeni təhlükə aşkarlanıb.

Moderator.az “ICTnews”a istinadən xəbər verir ki, “Trend Micro” şirkətinin əməkdaşları istifadəçilərin fərdi məlumatlarının oğurlanması və onların icazəsi olmadan əlavə proqramların quraşdırılması üçün istifadə edilən zərərli proqram təminatının (reklam kitabxanası) olduğu 800-ə yaxın proqram müəyyənləşdiriblər.

Nəticədə fotoredaktorlardan tutmuş, iş masası üçün fonlu şəkillərin yaradılması üçün proqramlaradək müxtəlif yönümlü pulsuz əlavələr yoluxdurulub. Bunlar isə milyonlarla istifadəçi tərəfindən yüklənilən proqramlardır.

Saytların yığılması Saytlarin yigilmasi

“Xavier” adlanan təhlükəli virus məşhur “Joymobile” reklam virusunun da daxil olduğu “AdDown” ailəsinin üzvüdür. Lakin “Xavier” daha mükəmməldir. Zərərli proqram aşkarlanmadan yayınmaqla həm statistik, həm də dinamik analizdən yan keçir. Virus kodu məsafədən sərbəst daxil edərək “ID”, qurğunun modeli, əməliyyat sisteminin versiyası, istehsalçı, istifadə olunan ölkə, rabitə operatoru, qurğu sahibinin elektron poçt ünvanı, quraşdırılan əlavələrin siyahısı və s. kimi istifadəçi məlumatlarını oğurlayır.

Xatırladaq ki, həftə ərzində mütəxəssislər həmçinin “Google Play” əlavələr mağazasında başqa zərərli proqramların olması barədə məlumat veriblər.

Bildirilir ki, virusdan daha çox Cənub-Şərqi Asiya ölkələri zərər çəkib. Vyetnam, İndoneziya və Filippin sakinləri “Xavier” virusunu bir neçə milyon dəfə yükləyiblər. ABŞ və Avropada bu hal az baş versə də, virus buradakı istifadəçilərə də öz təsirini göstərib.

Hazırda “Trend Micro” mütəxəssisləri təhlükəni aradan qaldırmaqla məşğuldurlar. Onların səyi nəticəsində ötən həftə ərzində “Xavier” virusuna yoluxan təxminən 75 əlavə ləğv edilib. Lakin onların tam məhvi üçün görüləsi iş hələ çoxdur. Bu səbəbdən istifadəçilərə yoxlanılmış əlavələri yükləmək tövsiyə edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button