Loading...
Loading...
Siyasət

Gorus-Qafan yolunun bağlanması Ermənistanın gəlirlərini 190 milyon dollar azaldacaq

Bakı/27.08.21 Ermənilər azərbaycanlı sərhədçiyə hücum etdikdən və onu yaraladıqdan sonra Bakı ermənilərin avtomobillərinin Ermənistanın Gorus və Qafan şəhərlərini birləşdirən avtomobil yolunun Azərbaycana məxsus iki hissəsilə gedişini əngəlləyib və Ermənistanda mis istehsalı dayana bilər.

Ermənistanın yük və sərnişin avtomobillərinin gedişinə yararlı alternativ yolu yoxdur. O 2021-ci ilin payızında istifadəyə veriləcək.

Rəsmi Bakı bu yolun açılması şərtlərini açıqlamayıb. “Hərbi zabitlər” qeyri-hökumət təşkilatının rəhbəri Telman Əbilov və Avrointeqrasiya üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı hesab edirlər ki, əgər erməni tərəfi azərbaycanlı sərhədçinin yaralanması ilə bağlı insidenti araşdırarsa, günahkarları cəzalandırarsa və təxribatların təkrarlanmayacağına zəmanət verərsə, Azərbaycan Qorus-Qafan yolunu aça bilər.

Ermənistanın yüzlərlə sərnişin və yük avtomobili qapalı yolla gedə bilmir. “Apaven” ekspeditor şirkətinin direktoru Qagik Ağacanyan bildirib ki, hər gün Ermənistandan müxtəlif ölkələrə min tona yaxın mis konsentratı (Ermənistan ixracatının əsas maddəsi) ixrac olunur. Konsentratın Ermənistanın paytaxtına daşınması üçün hər gün 50-yə yaxın yük maşını Sünikdən Yerevana və əks istiqamətdə hərəkət edir. Yolun Azərbaycana aid hissələrində hərəkət qadağan edildikdən sonra Sünik əyaləti nəqliyyat blokadasına düşüb.

“Mis konsentratı üçün Sünikə yola düşən yük maşınlarımız orada ilişib qalıb və geri qayıda bilməyiblər”,-Ağacanyan bildirib. Ermənistan və keçmiş SSRİ ərazisində ən böyük mis-molibden yatağı olan Qacaran yatağı Sünikdədir.

Mis konsentratı ixracı bütünlükdə Ermənistan ixracının 24 faizini  ni təşkil edir. Nikol Paşinyan misi “Ermənistanın nefti” adlandırıb. Dünya bazarında misə tələbat artır. London metal birjasında misin qiyməti bir tona görə 9 300 dollara yüksəlib. Bir il öncə, lokdaun zamanı qiymət 4 500 dolları ötməyib. Bu il Ermənistan parlamenti mis konsentratının ixracına görə rüsumu 15 faizə qədər artırıb ki, bu da büdcəyə ildə əlavə 140 milyon dollar gətirməlidir.

2020-ci ildə filiz və mis konsentratı ixracı 618 milyon dollar (Ermənistanın bütün ixracının 24 faizi) təşkil edib. Deməli, əgər Azərbaycan ermənilərin yüklərinə yol açmasa, alternativ yol açılanaq qədər üç ay ərzində Ermənistan iqtisadiyyatı təkcə mis konsentratının ixracının dayandırılmasından 190 milyon dollara yaxın vəsait itirəcək.

Qacaran mis- filiz kombinatının işi bərpa edilərsə digər yolun istismara verilməsindən sonra erməni ixracatçılara mis konsentratının Bolqarıstan, İspaniya və Çindən olan əvvəlki nəhəng alıcılarını qaytarmaq çətin olacaq.

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button