2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözəl Bayramlının həbsinə ictimaiyyətdən sərt reaksiya gəldi

Gözəl Bayramlının həbsi ictimaiyyətin ciddi təpkisinə səbəb olub. Bir çox ictimai-siyasi xadim sosial şəbəkə hesabından onun qanunsuz həbsinə münasibət bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, hüquq-müdafiəçisi Anar Məmmədli Gözəl Bayramlının həbsinin təkcə bir partiyaya deyil, ümumilikdə, ölkənin demokratikləşməsinə zərbə olduğunu qeyd edib:

“Gözəl Bayramlı müstəqillik illərində yetişən nadir xanım siyasətçilərdəndir. Onun həbsi mənə 2010-cu ilin parlament seçkilərindəki debatları xatırladı. Xeyli gənc onu 2010-cu ilin seçki debatlarında cəsarətli çıxışlarından sonra tanımağa və sevməyə başladı. Bu xanım son 6-7 ildə dəfələrlə həbs edilib və ya müxtəlif təzyiqlərə məruz qalıb.
Gözəl xanım kimi siyasətçilər bizim kimi mühafizəkar ölkələrdə qadınların ictimai-siyasi fəaliyyətə həvəslənməsi, ölkənin ictimai həyatında qadınların iştirakının artması və demokratikləşmə prosesinə qadınların cəlb olunmasına ciddi töhfə verirlər. Belə bir insanın azadlıqdan məhrum edilməsi təkcə bir partiyaya və ya müxalif düşərgəyə deyil, demokratikləşmə və çağdaşlaşma prosesinə zərbədir.
Azadlıq Gözəl xanımın haqqıdır, ona azadlıq tələb edirəm!”

Tanınmış jurnalist Şahvələd Çobanoğlu Gözəl Bayramlıya qarşı irəli sürülən “qaçalmalçılıq” ittihamını gülünc adlandırıb:

“Gürcüstanın gömrük-sərhəd orqanlarının Bu hakimiyyətin özbaşınalığı sərhəd tanımır, hətta iki ölkənin sərhədini keçənlərə qarşı da. Gözəl Bayramlının saxlanılması xəbərindən sonra ilk ağıla gələn budur ki, onun çantasına bir şey atıb, sərhəddən qanunsuz əşya keçirməkdə ittiham etmək cəhdi ancaq gülüş doğuracaq. Axı nə əcəb Gürcüstan tərəfi görməmişdi o əşyanı?
Amma təfərrrüatlara, detallara, suallara belə ehtiyac yoxdur. Həmişə olduğu kimi, növbəti şərləməyə şahid ola bilərik. Birinci deyil, ikinci deyil, hətta yüzüncü deyil. Bunu çox görmüşük…
Bu da var ki, Gözəl xanım bütün mübarizliyi ilə yanaşı, ciddi sağlıq problemi də yaşayır. Bunu bacardıqca gizlətməyə çalışsa da, xəbəri olanlar var. Uzun müddətdir müayinə, müalicə olunurdu, əməliyyat da olunmuşdu. Adam bunu düşünməyə bilmir. Onu dərhal azad etməlidirlər!”

Araşdırmaçı jurnalist Xədicə İsmayıl yazıb:

“Deyirlər, Gözəl xanımı saxta pulla şərləyiblər. Həmişə də deyirlər müxalifətin pulu xarici xüsusi xidmət orqanlarından gəlir. İndi sözlərindən belə çıxır, müxalifətə xaricdən verilən pul saxtadır?”

Müsavatın başqan müavini, Milli Şuranın üzvü Tofiq Yaqublu ittihamları uydurma adlandırıb:

“Gözəl Bayramlının həbsi ilə bağlı bir ağlabatan yalan da uydura bilmədilər. Digər tərəfdən də fikirləşirəm, Gözəl xanımla bağlı ağlabatan nə ittiham uydurmaq mümkündür ki?”

Müsavat başqanı Arif Hacılı Gözəl Bayramlının həbsinin siyasi qisas olduğuna işarə edib:

“Gözəl Bayramlının parlament seçkiləri zamanı Əli Əhmədovla teledebatda parlaq çıxışını, sonda məğrurluqla “Bu mən idim, Gözəl Bayramlı” ifadəsini heç unutmuram.
Görünür bunu, eyni zamanda fədakar xanımın meydan mübarizəsini unutmayan yalnız biz deyilik.”

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Gözəl Bayramlının həbsini dəyərlərin məhvi kimi qiymətləndirib:

“DTX və PA-nın üzdəniraq saytı oktyabrda yazmışdı ki, Əli Kərimlini, Cəmil Həsənlini, Gültəkin Hacıbəylini və Gözəl Bayramlını (yazıda ardıcıllıq belə idi) həbs etmək lazımdır. Gözəl xanımı artıq həbs etdilər. Sıra məndədir, buyurun, hazıram. Ardınca Cəmil müəllimi də, Əli bəyi də həbs edin. Amma bu sizi xilas edəcək də demirəm, heç olmasa Beynəlxalq Bankı və SOCAR-ı iflasdan qurtaracaqmı?! Ölkəni məhv etmisiniz, hesabını da özünüz verəcəksiniz. Biz olsaq da, olmasaq da! Və o zaman milli mentalitetə, qadın, ailə dəyərlərinə söykənəcək yeriniz də qalmayacaq artıq. Çünki bütün dəyərlərə tüpürdünüz.”

resid hacili

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı həbsi əxlaqdan kənar addım adlandırıb:

“Gözəl Bayramlının çantasına saxta pul dəstəsi qoymağı tapşıranlar da, onu şərləyib həbs etdirənlər və edənlər də, onu buna görə mühakimə edib cəza verəcək şəxslər də şərəfsiz bir işlə məşğuldurlar.

Nə siyasi, nə dövlətçilik dediyiniz əxlaqa, nə də hər hansı peşə əxlaqına sığmır.
Mənəvi-əxlaqi dəyərlər də eləcə.

Həm də ölkəmizin siyasi sabahına balta vurmaqla.
Sivil dəyərlər uğrunda, demokratik qaydalar çərçivəsində, çağdaş ideallar üçün mübarizə meydanını daraltmaqdan, qapatmaqdan əziyyət çəkən hər kəs olacaq.

Dərhal azad olunmalıdır Gözəl Bayramlı!”

Milli Şuranın üzvü, hüquqşünas Vidadi Mirkamal hakimiyyətin saxta ittihamlarının onlara fayda gətirməyəcəyini vurğulayıb:

“3 ton heroininin sərhəd-gömrük məntəqəsindən keçidini sezməyən gömrük işçileri Gürcüstandan müalicədən qayıdan fədakar müxalifətçi Gözəl Bayramlının çantasından guya 10 min saxta ABŞ dolları tapıb. Ayıblar olsun. Gənclərimizin cibinə narkotik atanlar indi də qadınların çantasına saxta dollarlar atıb. Bu nadürüstlərin fantaziyasının həddi yox imiş. Ancaq bu əməl sahibləri bilməlidir ki, bu yolla fədakar insanları öz yolundan döndərə bilməyəcəklər. Nə isə… 1-ci vitse prezidentin islahatları davam edir. Görək bu xəmir nə qədər su apara biləcək.”

azadliq.info

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button