SEÇMƏXəbərlər

Gürcüstan “Dinc qonşuluq təşəbbüsü”nü hamı üçün açıq hesab edir, amma bir şərtlə…

Bakı/03.10.21 Gürcüstan Cənubi Qafqazda əməkdaşlıq çərçivəsinin yaradılması üzrə səylərini davam etdirəcək. Bu barədə xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya ötən gün Kaxetiyada keçirilən “Regional əməkdaşlıq Cənubi Qafqazda sülhə doğru addım kimi” konfransında bildirib.

O qeyd edib ki, bu əməkdaşlıq heç kimə qarşı yönəlməyib, əksinə, dünyada və Cənubi Qafqaz regionunun inkişafında maraqlı olan üçüncü ölkələr üçün şərait yaratmalıdır.

Qafqazda sülhə və sabitliyə Gürcüstanın yeni baxışı “Dinc qonşuluq təşəbbüsü”  Birləşmiş Millətlər Təşkilatının 76-cı sessiyasında baş nazir İrakli Qabriaşvili tərəfindən səsləndirilib. Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan Tbilisinin beynəlxalq görüşü qəbul etməsinə hazırdır, orada Cənubi Qafqaz üzrə qonşuları və beynəlxalq tərəfdaşları  əhatə edən dinc mehriban qonşuluq təşəbbüsü perspektivləri müzakirə olunacaq. Bu format dialoqun və inamın yaradılmasına kömək edəcək, Amerika və Avropadan olan tərəfdaşlarımızın birgə maraqlarını əhatə edən regional məsələlərin praktiki həlli olacaq.

Tbilisidə bu format “3+2” (Cənubi Qafqaz ölkələri+ABŞ, Aİ) adını alıb.

Gürcüstan “3+2” platformasına təşəbbüs göstərib və məlum olduğu kimi, 2020-ci ilin dekabrında Türkiyə prezidenti Ərdoğan “altılıq platforması” təşəbbüsü ilə çıxış edib.Bu, Cənubi Qafqaz ölkələrini, həmçinin İran, Rusiya və Türkiyəni əhatə edir, regionda sülh və əməkdaşlığa yönəlib. Gürcüstan təşəbbüsü soyuq  qarşılayaraq özünün Qərb inkişaf vektorunu müəyyənləşdirib. “Bu iki platformanın qarşılıqlı əlaqəsini təmin etmək mümkündürmü”-, Turan agentliyi cənab Darsaliyaya sual verib.

Gürcüstan əməkdaşlığa dəvət  və gərginliyin azaldılması məqsədilə Cənubi Qafqaz ölkələri arasında dialoqun təşkili üçün platforma yaradır. Biz platformalardan yox, layihələrdən danışırıq. Bizim maraqlarımız heç kimin əleyhinə deyil, bütün əlaqədar tərəflərin əməkdaşlığını nəzərdə tutur. Kim əməkdaşlığa hazırdırsa, prosesdə iştirak edə bilər. Türkiyə bölgənin mühüm oyunçusudur və 3+2 təşəbbüsünün irəli sürülməsi Türkiyənin prosesdən çıxarılması demək deyil.  Rusiyanın həmişə ABŞ və Aİ-ni Cənubi Qafqaza sülh prosesindən kənarlaşdırmağa çalışması isə başqa məsələdir. Əgər Rusiya problemlərin, həll olunmamış münaqişələrin həlli barədə düşünərsə, biz Rusiyanı alqışlayacağıq.

Ümumilikdə, biz ilk növbədə Cənubi Qafqazın üç ölkəsinə istiqamətlənmişik, qalan yerlər təşəbbüsümüzü qəbul edən üçüncü ölkələr üçün açıqdır, Darsaliya cavab verib.

Ermənistanla Azərbaycan arasında münaqişə ATƏT-in Minsk Qrupu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat (Azərbaycan, Ermənistan, Rusiya)çərçivəsində həll olunur.Onlara Gürcüstan hökumətinin vasitəçilik təşəbbüsü də əlavə edilib.Biz hərbi əsirlərin minalanmış ərazilərin  xəritələrilə dəyişdirilməsini, baş nazir Paşinyanla prezidentlər Əliyev və Ərdoğan arasında konfidensial kanalın yaradılması nümunəsini görürük.Erməni ekspertlərdən biri hesab edir ki, vasitəçilik təşəbbüsünün arxasında Ankara dayanır, biz Vaşinqtondan şübhələnirik. Bu təşəbbüs necə yarandı?

Bunun arxasında birinin dayandığını düşünmək lazım deyil. Biz dialoq ilə gərginliyin azalması arasında birbaşa korrelyasiya görürük. Regiondakı münaqişələrin təcrübəsi baxımından hesab edirik ki, üçüncü qüvvələrin maraqlarının müdaxiləsi nə qədər az olarsa, ölkələrimiz əməkdaşlığa bir o qədər tez gələ bilər. Gürcüstanın gündəliyi açıq və şəffafdır, o, başqa geosiyasi maraqlara qarşı yönəlməyib. Bizim vəzifəmiz gərginliyi azaltmaqdır. Gündəlikdə duran əsas məsələ daha az gərginlik, daha çox imkanlardır, Laşa Darsaliya fikrini yekunlaşdırıb.—0-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button