24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Həftənin sonuna doğru havanın soyuyacağı və qar yağacağı gözlənilir

Bakı/11.01.22 Yanvarın 13-də axşam saatlarından Bakıda və Abşeron yarımdasında yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək yerlərində isə qara keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir.

Xidmət rəisi bildirib ki, axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır.

U.Tağıyeva qeyd edib ki, yanvarın 13-ü axşam və 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi gözlənilir.

Onun sözlərinə görə, bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə daha diqqətli olmaları tövsiyə edilir. -05D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button