2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Hələbdə nə baş verir?

Suriyanın şimalında yerləşən Hələb şəhərinin dörd ildir məhkum olduğu blokada artıq aradan qalxır.

Hələb, prezident Bəşər Əsədə sadiq güclər ilə onun devirməyə çalışan üsyançılar arasındakı müharibənin əsas hərbi əməliyyat meydanına çevrilib.

Noyabrdan bəri Suriya hökumət gücləri, ölkənin müxalifətinin əlində olan şərq tərəflərini sürətlə geri alaraq üsyançıları məğlubiyyətin bir addımlığına çatdırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

On minlərlə vətəndaş başqa vilayətlərə köçməyə məcbur qalıb. BMT-ə əsasən onların, sayı yüzlərlə hesablanan bir hissəsi dövlətin idarəçiliyində olan tərəflərə keçərkən itkin düşüb. Üsyançılar da bəzi vətəndaşların qaçmasının qarşısını alır.

Ordunun ələ keçirdiyi yerlərdə yaşayan insanların bir çoxu isə qida və yanacaq qıtlığından əziyyət çəkir.

Hələb niyə əhəmiyyətlidir?

Hələb, bir zamanlar 2.3 milyon əhalisi ilə Suriyanın ən böyük şəhəri idi. Həmçinin, ölkənin sənaye və iqtisadi mərkəzi hesab olunurdu.

Qədim şəhər Unesco-nun Dünya Mirasına daxildir və özünün XIII əsrə aid iç qalası, XII əsrdən qalma Böyük Məscidi və böyük örtülü bazarları ilə tanınır.

2011-ci ildə prezident Əsədə qarşı üsyanlar başlayarkən digər şəhər və qəsəbələrdə yaşanan geniş etiraz və ya ölümcül zorakılıq Hələbdə müşahidə olunmurdu.

Amma şəhər birdən – 2012-ci ildə müharibə meydanına çevrilir.

Üsyançı dəstələr hökumət qüvvələrinə qarşı əməliyyat keçirərək onları şəhərdən çıxarır və Suriyanın şimalında vəziyyəti ələ keçirir. Lakin, üsyançıların hücumları həlledici olmur.

Hələb nəticədə, iki hissəyə ayrılır – müxalifət şərqi, hökuməti isə qərbi idarə edir.

Növbəti dörd il ərzində Hələb savaşı, Suriyadakı böyük münaqişəyə vüsət verən mikrokosmosa çevrilir.

Beləliklə dünya, hər iki tərəfin zəifliyinin, vətəndaşları müdafiə etmək üçün beynəlxalq təşkilatların səriştəsizliyinin və sülh razılaşmasının pozulmasının şahid olur.

Döyüşən tərəflərə kimlər daxildir?

Hökumət tərəfə, Rusiya hava qüvvələri, şiə hərbçilər, eyni zamanda İran, İraq, Əfqanıstan, Liviya və Pakistandan dəstək alan dövlət qüvvələri daxildir.

Əksəriyyətinin sünnilərdən ibarət müxalifət qüvvələrinə isə, bir neçə üsyançı qrup daxildir. Bunlardan çoxu ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə də daxil olmaqla prezident Əsədin rəqibləri sayılan dövlətlərdən maddi yardım alırlar.

Eyni zamanda, islamçı qruplar da müharibəyə dəstək olurlar. Onlardan biri də, ilin əvvəlində əl-Qaidə ilə münasibətlərini kəsən və adını Nüsra Cəbhəsindən Cabhat Fateh əl-Şam-a dəyişən qruplaşmadır.


Üsyançılar 2016-cı ildə nəzarəti necə itirdilər?

4 yanvar: İlin əvvəlində şimal və qərb əraziləri Türkiyə ilə həmsərhəd şərqi Hələb üsyançıların əlinə keçib. Türkiyə dövləti cənab Əsədə qarşı üsyanın dəstəkçilərindəndir.

1 avqust: Avqusta qədər hökumət qüvvələri üsyançıları mühasirəyə alıb və şimali Hələbdəki strateji əhəmiyyətli Castello küçəsini ələ keçirib. Küçə, üsyançıların əlindəki şərqə, yeganə çıxış yoludur. Təxminən 275 min adam birdən-birə mühasirəyə düşüb.

22 avqust: Hələb ətrafında savaşan üsyançılar və əl-Qaidə döyüşçüləri cənubda yerləşən Ramusseh vilayətindən keçərək xaric ilə əlaqə üçün istifadə olunan yolu ələ keçiriblər.

17 oktyabr: Hökumət qüvvələri, sentyabrın əvvəli ərazini yenidən ələ keçirib və mühasirəni bərpa ediblər. Mülki vətəndaşlar və üsyançıların şəhərdən çıxmasına görə oktyabrın əvvəlində döyüşlər dayandırılıb.

28 noyabr: Suriya hökuməti, üsyançıların əlində olan şərqi Hələbin dörddə üç hissəsini ələ keçirib. Üsyançılar, şimaldakı məhəllələri əldən çıxarıblar.

6 dekabr: Ordu daha irəli gedərək, şərqdəki bir çox vilayətləri tutub. Bu, hökumətin üsyançılar əlindəki ərazinin 70 faizinə sahib çıxmaq deməkdir.

12 dekabr: Suriya ordusu, vacib Şeyx Səid ərazisi də daxil olmaqla daha bir neçə bölgəni işğal edib. Üsyançılar kiçik anklava sığınıblar.

13 dekabr: Hökumət qüvvələrinin intensiv bombardmanı nəticəsində, üsyançılar şəhərin çox kiçik hissələrinə sıxışdırılıblar. Rusiyanın BMT-dəki səfiri Hələbdə hərbi əməliyyatların dayandırıldığını deyib.


Suriya hökümət qüvvələri son həmləni edir

Hakimiyyət noyabrın 15-i hava əməliyyatına yenidən start verdikdən sonra, ordunun Hələbin bəzi şimal hissələrinə hücumu, üsyançılar və cihadçıları cənuba doğru qaçmağa vadar edib. On minlərlə mülki şəxs evlərindən qaçmaq məcburiyyətində qalıb.

13 dekabra qədər şəhərin 90 faizi hakimiyyət tərəfindən ələ keçirilib. BMT 100 minədək adamın Hələbin getdikcə kiçilən hissələrində çıxılmaz vəziyyətdə qaldığını və üsyançıların onların qarşısının aldığını bildirib.

Şəhərdə qida və yanacaq azalıb, infrastruktur və səhiyyə sistemi dağılıb. Hətta, noyabr ayında bir müddət hava hücumları nəticəsində şərqi Hələbdəki bütün xəstəxanalar yararsız hala düşmüşdü.

BMT, yüzlərlə mülkinin öldüyünü söyləsə də, hökumət və Rusiya onları nişan almadıqlarını bildirib. Üsyançı raket və hava hücumları da, hökumətin idarəsində olan qərbdə onlarla insanın ölümünə səbəb olub.

Əgər üsyançıların əlindəki Hələb təslim olarsa, nə baş verəcək?

Əgər üsyançıların əlindəki Hələb təslim olarsa, Suriya hökuməti, ölkənin dörd ən böyük şəhərinə sahiblənmiş olacaq.

Prezident Əsəd güman edə bilər ki, Hələbin işğalı daha böyük nəticəyə səbəb olar və vətəndaş müharibəsinin sonunu gətirəcək.

Lakin, üsyançılar, cihadçılar və kürdlər hələ də ölkənin böyük bir hissəsini idarə edirlər və bu səbəbdən də yol daha uzun görünür.

Çox güman ki, bu, başqa cür müharibəyə çevriləcək – artıq üsyançılar əraziləri əldə saxlamağa və öz muxtariyyətlərini yaratmağa çalışmayacaq, partizan xarakterli mübarizə aparacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button