2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Həmsədrlər 3 erməninin buraxılmasını alqışlayırlar

ATƏT-in Minsk qrupunun üç həmsədri mayın 5-də birgə bəyanat yayıb. Rusiyanı təmsil edən İqor Popov, Fransadan Stefan Viskonti və Birləşmiş Ştatlardan Endrü Şofer Azərbaycanın 3 erməni əsiri buraxmasını alqışlayır.

Həmsədrləri tərəfləri bütün məhbusların, saxlananların, eləcə də öldürülmüş hərbçilərin meyitlərinin dəyişdirilməsini prosesini tamamlamağa, saxlananlarla humanist davranış öhdəliklərinə sayqı göstərməyə çağırır.

Saytların yığılması Saytlarin yigilmasi

Həmsədrlər özlərinin 13 aprel bəyanatına istinad edərək münaqişə ərazilərinin minalardan effektiv təmizlənməsi üçün gərəkən informasiya mübadiləsi aparmağa, Dağlıq Qarabağa beynəlxalq humanitar təşkilatlar daxil olmaqla çıxışa qadağaları qaldırmağa çağırır. Tərəflər həmçinin davamlı sülh üçün vacib olan qarşılıqlı inam mühiti yaratmağa yönəlik konkret addımlar atmağa həvəsləndirilir. Buraya həmsədrlərin vasitəçiliyi ilə ilk fürsətdə yüksək səviyyəli siyasi dialoqun bərpası da daxildir.

Azərbaycan ötən il 44 günlük müharibə Ermənistanın işğalı altında olan torpaqlarının bir qisminə nəzarəti geri ala bilib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan indiyədək Ermənistana azı 70, Ermənistan isə Azərbaycana 16 əsir qaytarıb. Azərbaycan bildirir ki, 9 noyabr atəşkəs razılaşmasından sonra öz silahlı qüvvələrinin nəzarətində olan ərazidə saxlananlar hərbi əsir yox, “terrorçular”dır.

24 saat” “Həmsədrlər 3 erməninin buraxılmasını alqışlayırlar” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button