2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Hər gün qəbrin ziyarət etməsəm rahatlamıram” – Şəhid atası

Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizdən biri də Qurbanlı Fəxrəddin Seyfəddin oğludu. Bu gün biz də şəhidin ailəsi ilə görüşmək üçün yaşadıqları Binəqədi rayonu birinci mədən 22 korpusdakı ünvana yollandıq. Bizi şəhidin atası Seyfəddin müəllim qarşıladı. Elə söhbətimizə də şəhidin atası ilə başladıq:
 
“Fəxrəddin universitetdə yeganə tələbə idi ki…”
“Ailədə bir qız və bir oğlan övladım var. Fəxrəddin mənim ikinci övladım idi. Elə dünyaya gəlişi də atəşkəs dövrünə düşdü, 1994 – cü il yanvarın 13 – də dünyaya göz açdı. Binəqədi rayonunda yerləşən 179 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Universitetinin Sosial iş fakulitəsinə 480 balla daxil oldu. Fəxrədddin universitetdə yeganə tələbə idi ki, ən yüksən tələbə təqaütü alırdı.
Universiteti bitirdikdən sonra 2015 – ci ilin iyulunda hərbi xidmətə yollandı. Hərbi xidmətinin ilk üç ayını Gəncə şəhərində oldu. Sonra hərbi xidmətini davam etdirmək üçün Tərtərin Marquşavan kəndinə yollandı. Həm Gəncədə olanda, həm də Tərtərdə olanda yanına gedib – gəlirdim. Hər şey yaxşı idi, dedi ki: “məndən narahat olmayın. Şəraitimiz yaxşıdı”.
 
“Anası xəstə olduğuna görə narahat idi…”
Axırıncı dəfə aprelin 1 – də telefonla danışdıq. Anası xəstə olduğuna görə narahat idi, anasıyla da danışdı. Dedi ki: “mən gedirəm posta, işim var, sonra danışarıq”. Aprel döyüşləri başlayanda narahat olduq. Aprelin 6 – a kimi Fəxrəddindən xəbər çıxmadı və narahat olduğuma görə Tərtərə getdim. Fəxrəddini tapa bilməyib geri qayıtdım. Sonra qardaşımgil getdi dalıyca. Məlum oldu ki, Fəxrəddingil Seysulan kəndini aldıqdan sonra şəhid olaraq neytral ərazidə qalıblar. Aprelin 8 – də Fəxrəddinin və digər döyüşçü yoldaşlarının meyidini qarşı tərəfdən aldılar. Aprelin 9 – da dəfn etdik. İndi hər gün qəbrinin üstünə gedib ziyarət etməsəm rahatlaya bilmirəm”.
Şəhidin anası Həzimə xanım xəstə olduğuna görə danışa bilmədi. Söhbətimizi şəhidin əmisi Afiq Qurbanlı ilə davam etdirdik:
Afiq Qurbanlı: “Burda nə qədər maraqlandıq Fəxrəddindən heç bir xəbər ala bilmədik. Biz də Tərtərə getdik. Sonra Bərdəyə gəldik və orada məlum oldu ki, uşaqlar şəhid olub. Bu xəbəri eşidən kimi Fəxrəddinin dayısı Malikin ürəyi partladı. Həm də ki, səhəri gün Malik dayımızın qızının toyu olacaqdı. Hər şey alt – üst oldu. Çox ağır bir gün idi, çünki, şəhid Mahir Mirzəyev də bizim qahum uşaq idi, ailəmizə bir gündə iki şəhid gəldi”.
“Bu cavaba görə həqiqətən utandım…”
Şəhid atası Seyfəddin Qurbanlının umacağı bir şey yoxdu. Sadəcə bir arzusu var, yaşadıqları küçənin Fəxrəddinin adına verilməsi: “Bununla bağlı Binəqədi rayon icra hakimiyyətinə müraciət etdim. Mənə cavablarında bildirdilər ki, Fəxrəddinin adına küçə verilməsi üçün ikinci medalı da olmalıdı. Bu cavab görə həqiqətən utandım. Mən nə edə bilərəm ki, Fəxrəddinin ikinci medalı olsun?! Fəxrəddin bu torpaq uğrunda canında keçib, bundan önəmli nə ola bilər. Mən sizin vasitənizlə müraciət edirəm ki, oğlumun adının əbədiləşdirilməsi üçün yaşadığımız küçəni Fəxrəddinin adına versinlər”.
Ümidvarıq ki, şəhid ailəsinin arzusunu yerinə yetirərlər. Şəhid atası Seyfəddin Qurbanlı ilə şəhidimizin qəbrini ziyarət etdik. Allah şəhidimizə rəhmət eləsin. Ailəsinə isə səbr versin.(moderator.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button