2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Həyat yoldaşı: “Nazim Bəydəmirlinin səhhətində ciddi problemlər yaranıb”

İqtisadçının qan təzyiqinin yüksək olduğu, şiddətli nəfəs darlığının yarandığı deyilir

Hazırda həbsdə olan iqtisadçı Nazim Bəydəmirlinin səhhətində ciddi problemlər yarandığı bildirilir.

Bu barədə məlumat verən həyat yoldaşı Fəridə Bəydəmirli deyib ki, Nazim Bəydəmirlinin qan təzyiqi yüksəkdir:

Saytların yığılması Saytlarin yigilmasi

Martın 11-də Nazimlə telefonla danışdım, bir həftədən çoxdur qan təzyiqi 150/90-dan aşağı düşmür, ürək döyüntüsü yüksəkdir, şiddətli nəfəs darlığı var”.

Fəridə Bəydəmirlinin sözlərinə görə, həyat yoldaşına iki həftədən çoxdur ki, açıq havada gəzintiyə icazə verilmir, bununla bağlı müraciətlərinə isə məhəl qoyulmur.

Həmçinin Nazim Bəydəmirlinin mülki həkim müayinəsi istəməsi ilə bağlı hələ fevralın 21-də etdiyi müraciət də təmin olunmayıb.

Həyat yoldaşının dediyinə görə, məsələ ictimailəşəndən sonra ədliyyə hospitalından həkim kardioloq göndərilib:

Həkim Nazimi elektrokardioqrafiya və exokardioqrafiya müayinəsindən keçirib və tövsiyə edib ki, qan analizi versin, nəticəyə uygun təcili müalicəyə başlanmalıdır. Həmin həkim mənə Nazimin diqanozunu xatırlamadığını dedi. Tövsiyə etdi ki, Penitensiar Xidmətin həkimlərindən soruşum. Onlardan da soruşdum doğru-düzgün cavab ala bilmədim. Anlaşılan odur ki, heç kim doğruları söyləməyəcək”.

Vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, Nazim Bəydəmirlinin səhhəti ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciətlər etsə də, əhəmiyyət verən yoxdur.

Məsələyə Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Nazim Bəydəmirlinin həbsinin tarixçəsi

Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də Cinayət Məcəlləsinin (CM)182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb.

İyulun 5-də məhkəmə qərarı ilə 4 ay müddətinə həbs edilib.

24-cü ilin yanvarın 31-də Nazim Bəydəmirlinin həbs müddətinin daha 2 ay uzadılmasına qərar verilib.

Nazim Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb.

Müdafiə tərəfinin bildirdiyinə görə, Nazim Bəydəmirli hesab edir ki, o, “ekologiya məhbusu”dur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür.

Sentyabrın 1-də Nazim Bəydəmirliyə qarşı CM-nin 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb.

O, bu ittihamı da qəbul etmir.

Onun həbs müddəti məhkəməyə qədər bir neçə dəfə artırılıb.

2023-cü il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü sakinləri “Gədəbəy” qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər.

Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).

İyulun 11-də Prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Rəsmi monitorinqlərin nəticələrinə görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb.

Bununla belə, 2023-cü il sentyabrın 26-da mədən mərhələlərlə fəaliyyətə başlayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button