2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

H. Hacıyev: Bakıyla Yerevan Brüsseldə sülh sazişi üzrə işçi qrupun təşkilini razılaşdıra bilər

Hikmət Hacıyev bildirib ki, iki ölkə baş nazirlərinin müavinləri də avqustun sonunda Moskvada görüşüb nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan tərəfi ümid edir ki, Brüssel görüşündə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.

Azərtac-ın məlumatına görə, bunu avqustun 27-də Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı deyib.

Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladan Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.

Avqustun 31-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.

Azərtac xəbər veirir ki, Prezident köməkçisi Şuşada jurnalistlərə açıqlamasında ABŞ və Fransa səfirlərinin dəvət olunmalarına baxmayaraq Şuşaya səfər etməmələrinə də münasibət bildirib:

“Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”-Hikmət Hacıyev bildirib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. O vaxtdan tərəflər arasında əsas vasitəçiliklə Rusiya məşğul olub.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button