Loading...
Loading...
Manşet

Hakimiyyətdən Şeyxülislama inanılmaz zərbə

Bu gün Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər layihəsini birinci oxunuşda qəbul edib.

Dəyişikliklər dini icmaların qeydiyyatı, onların rəhbərlərinin təyin edilməsi, həmçinin məscid və ziyarətgah rəhbərlərinin təyin edilməsi, ianələrin qəbulu qaydalarına aiddir.

Prinsipial yeniliklərdən biri müsəlman dini icmalarının qeydiyyatına aiddir. Belə ki, indiyədək Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə icmaların qeydiyyatı barədə təqdimat verib. Bundan sonra Dövlət Komitəsi özü qeydiyyatla bağlı qərarlara baxacaq və onları qəbul edəcək.

Qafqaz Müsəlmanları İdarəsi 27 yanvar 2022-ci il tarixli bəyanatında bu yenilikləri dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində islahatların davamı kimi qiymətləndirib.

Qafqaz Müsəlmanları İdarəsi dindarları yeni qanunvericilik dəyişikliklərini icra etməyə, cəmiyyəti isə bu mövzuda mümkün spekulyasiyalardan qaçmağa çağırıb.

Praktikada icra hakimiyyəti mütəmadi olaraq din xadimlərinin əlindən bu və ya digər səlahiyyətləri alır. Bu tendensiya artıq bir neçə ildir ki, müşahidə edilir və icra hakimiyyəti bu sahədə proseslərə öz rolunu və təsirini gücləndirir. (Turan)

Gözdən qaçırmayın:  Bayden Putinə meydan oxudu

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button