2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hakimiyyətdə «Gülən əməliyyatı» əndişəsi

Rəsmi Ankara Azərbaycanda «gülənçilərə» qarşı birgə əməliyyatlara başlamaq niyyətindədir

İlham Əliyev hakimiyyəti Türkiyədəki uğursuz hərbi çevriliş cəhdindən sonra başlanan “Gülən əməliyyatı”nın Azərbaycana sıçrayacağından narahatdır. Bu barədə “Azadlıq”a məlumatlı mənbələrdən bəlli olub. Sızan məlumatlara görə, Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının azərbaycanlı həmkarları ilə birgə ölkəmizdə “gülənçilər”ə qarşı əməliyyat keçirməsi gündəmdədir. Bu baş verəcəyi təqdirdə hətta hakimiyyətdəki bəzi iri məmurlar da hədəfə gələ bilər. Hakimiyyətin narahatlığı da məhz bununla bağlıdır. İqtidar fərqindədir ki, rəsmi Ankaranı niyyətindən döndərmək çətindir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu məsələdə güzəştə gedəcəyi inandırıcı deyil.

Xatırladaq ki, artıq Azərbaycana məxsus “SOCAR Türkiyə” şirkətində əməliyyat keçirilib və qurumun rəhbəri həbs olunub. Həmçinin şirkətdən bəzi sənədlər götürülüb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button