2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Hakimiyyətin AXCP-yə qarşı bu planı da baş tutmayacaq” – Milli Şuradan bəyanat

Milli Şura AXCP-yə qarşı son repressiyalarla bağlı bəyanat verib. Bəyanatda deyilir:

 

Azərbaycan hakimiyyəti illərdir yürütdüyü repressiv siyasətə son vaxtlar yenidən güc verib. Hədəf isə yenə də Azərbaycan Xalq Cəhbəsi Partiyası, onun rəhbərliyidir.

Artıq bir aya yaxındır ki, dövlətin bütün inzibati resursları AXCP-yə qarşı səfərbər edilib. Bu müddətdə AXCP-nin 10 nəfərdən artıq funksioneri, fəalı və tərəfdarı həbs olunub. Mayın 25-də isə partiyanın rəhbər orqanlarında təmsil olunan daha 3 nəfər – Rəyasət Heyətinin üzvü Aqil Məhərrəm, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov (o, həm də Qarabağ qazisidir) saxlanılıb, hər üçünün evində axtarış aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onların həbsindən sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, AXCP-ni qanunsuz maliyyələşmədə, çirkli pulların yuyulmasında ittiham edib. Guya həbs olunan həmin 3 nəfər AXCP funksioneri onlardan 18 gün qabaq həbs edilərək naməlum şəraitdə gizli saxlanılan Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlidən hər ay müəyyən məbləğdə pul alıb partiya rəhbərliyinə, konkret sədr Əli Kərimliyə çatdırırmışlar.

Saleh Rüstəmov Elçibəy hökumətində Gədəbəyin icra başçısı olub, rayonun erməni işğalından qorunmasında, məşhur Başkənd qələbəsində müstəsna xidmət göstərib. Sonrakı illərdə Rusiyaya köçərək orada özünə kiçik biznes qurub, hazırda Rusiya vətəndaşıdır. Saleh Rüstəmov Azərbaycana növbəti gəlişi zamanı – mayın 8-də həbs olunub, həbs olunduğu günündən bəri vəkilsiz saxlanılıb, müdafiə hüququndan məhrum edilib. Həbsindən bir neçə gün sonra onun saxlandığı DİN Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində (“bandotdel”) işgəncəyə məruz qaldığı, özünün və AXCP sədri Əli Kərimlinin əleyhinə yalan ifadə verməyə məcbur edildiyi, daha sonra isə həmin idarədə işgəncələrdən həyatını itirdiyi haqda xəbərlər yayıldı. Yalnız onun ölüm xəbəri yayılandan sonra DİN Saleh Rüstəmovla qardaşının “bandotdel”də görüşünə şəriat yaradıb, bu isə ancaq onun sağ olduğunu təsdiqləməyə bəs edir. Saleh Rüstəmov və qardaşı oğlunun “bandotdel”də işgəncəyə məruz qalmadığını, zorla saxta ifadələrə məcbur edilmədiyini isə demək mümkün deyil.

Əslində Saleh Rüstəmov narkotik ittihamı ilə şərlənib həbs olunandan az sonra bu həbsin arxasında AXCP-yə və onun sədrinə qarşı yeni təxribat hazırlamaq niyyətinin durduğu haqda məlumatlar daxil olmuşdu. Baş Prokurorluq və DİN-nin birgə bəyanatı göstərdi ki, həmin məlumatlar doğru imiş. Hakimiyyət Saleh Rüstəmovla qardaşı oğlunu AXCP-yə 412 min dollar “ötürməkdə”, partiyanı isə qanunsuz maliyyələşmədə ittiham edir. AXCP sədri Əli Kərimli bu ittihama cavab olaraq açıqlama verib ki, Saleh Rüstəmovla uzun illərdir şəxsən görüəməsə də, Elçibəy hökumətində birgə çalışdıqları dönəmlərdən dostdur və sırf bu münasibətlər çərçivəsində bir neçə dəfə ondan 500-1000 dollar məbləğində təmənnasız maddi yardım alıb.

İki hüquq-mühafizə orqanının yaydığı birgə bəyanat nəinki hüquqi qiymətləndirməyə yaramayacaq qədər qeyri-peşəkar hazırlanıb, heç adi tənqidə belə davamlı deyil. Orada isrəli sürülən ittihamlar tamamilə absurddur və bilavasitə siyasi hakimiyyətin diqtəsilə hazırlanıb. Bu iş bütövlükdə AXCP və onun sədrinə qarşı indiyədək bir neçə dəfə hazırlanan, amma hər dəfə iflasa uğrayan böyük planın tərkib hissəsidir. Azərbaycan hakimiyyəti ciddi cəhdlə AXCP sədri Əli Kərimlini hansısa cinayət əməli ilə şərləyərək həbs etmək istəyir. Buna ən azı son illərdəki bir neçə cəhd ölkə ictimaiyyətinə və beynəlxalq birliyə yaxşı məlumdur.

İndi Saleh Rüstəmov və qardaşı oğlu ilə başlanan, sonra da eyni gündə 3 AXCP funksionerinin həbsi ilə davam edən bu əməliyyatın da son məqsədi işi Əli Kərimliyə qədər böyüdüb onu həbs etmək, bu da alınmasa, ona və partiyasına qarşı növbəti total gözdənsalma kampaniyası aparmaqdır. Ölkənin fəal demokratik ictimaiyyəti baş verənlərin gerçək mahiyyətini bilir və rəsmi ittiham kimi elan edilən bu iftiraya inanmır. Bunu irəli sürülən ittihama ötən bir neçə gündə göstərilən ictimai təpki və AXCP-yə verilən dəstək də nümayiş etdirir. Milli Şura inamla bildirir ki, AXCP-yə qarşı bu məkrli plan da məqsədinə çatmayacaq, hakimiyyətin bu əməliyyatdan da əldə etdiyi siyasi məhbus problemini ağırlaşdırmaq, özünə qarşı xalqın qəzəbini və beynəlxalq izolyasiyanı artırmaq olacaq.

Milli Şura təəssüflə qeyd edir ki, İlham Əliyev hökumətinin müxalifətə, insan hüquq və azadlıqlarına düşmən münasibəti üzündən ölkə Cümhuriyyətin 100 illiyini belə repressiv ortamda yaşayır. İlham Əliyev indiyədək yürütdüyü yanlış daxili siyasətdən imtina etmək, bir sərəncamla siyasi məhbus problemini birdəfəlik ortadan qaldırmaq, bununla da siyasi yumşalmanın əsasını qoymaq və vətəndaş sülhü çərçivəsində demokratiyay keçidə imkanlar açmaq üçün Cümhuriyyət ilinin ona verdiyi şansı da qiymətləndirmədi. Onun bir neçə gün qabaq imzaladığı əfv sərəncamı isə bu istiqamətdə mövcud ola biləcək ən kövrək ümidləri də öldürdü. 600 nəfərdən çox dustağa şamil edilən əfv sərəncamında 150 nəfərdən artıq siyasi məhbusdan cəmi 12 nəfərin adı vardı ki, onların da bir neçəsinin həbs müddətinin bitməsinə cəmi 1 həftə qalmışdı. Bu sərəncamla azadlığına qovuşan günahsız insanların hər biri, eləcə də siyasi məhbuslar, o cümlədən xərcəng xəstəsi olan AXCP üzvü Elnur Fərəcov üçün əlbəttə ki, sevinmək lazımdır. Lakin siyasi məhbus probleminin müsbət həllinə azacıq da olsa, təsir göstərməyən bu əfv sərəncamı heç cür təqdir oluna bilməz və İlham Əliyevin özünü humanist göstərmək üçün gözə kül üfürməsindən başqa bir şey deyil.

Milli Şura İlham Əliyevi və onun hökumətini siyasi repressiyanı dayandırmağa, son günlərdə həbs edilən AXCP üzvlərini, o cümlədən hazırda Rusiya vətəndaşı olan keçmiş icra başçısı Saleh Rüstəmlini və qardaşı oğlunu dərhal azad etməyə, bütövlükdə siyasi məhbus probleminin birdəfəlik həlli üçün yubanmadan müvafiq addımlar atmağa çağırır. Milli Şura indiyədək olduğu kimi, bundan sonra da AXCP-yə tam dəstək verəcəyini, hakimiyyətin repressiyası qarşısında onu tək buraxmayacağını bildirir.

Milli Şura bəyan edir ki, hakimiyyətin cəmiyyətdə siyasi gərginliyi artıran addımları yalnız bir tərəfə təsir etmir, onun öz mənafeyini də və ən əsası, bötüvlükdə dövlətin maraqlarını zərbə altında qoyur. Buna görə də hakimiyyət öz məsuliyyətini nəhayət, dərk etməli və indiki yanlış siyasətdən vaxt itirmədən imtina olunmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button