2022-12-22 17:44:58
ABŞ-da Nyu-Yorka getmək üçün Mayami Beynəlxalq Hava Limanında olan 25 yaşlı qadın uşaqlarını itirdiyini anlayınca böyük səs-küyə səbəb olub. Bilet nəzarət məntəqəsinin arxasına keçən qadın qışqırmağa başlayıb və barkod oxuyucu cihaz və digər əşyaları stolun üzərinə atıb. Həvəskar kameralara əks olunan görüntülərdə qəzəbli qadının kompüter monitorunu çıxararaq qapıçını atdığı görülüb.
“Uşaqların yanında olmadığını anlayanda qəzəbləndi və qapıçıdan onları tapmasını xahiş edərək qışqırmağa başladı”, – Mayami-Dade polisinin açıqlamasında deyilir. Qadının “döymə, cinayət əməlləri və əxlaqsız davranışlar” səbəbilə hadisə yerinə gələn polis tərəfindən hava limanında 10 min dollardan çox ziyan vurduğu bildirilib.
Tərcümə“24 SAAT”